12px13px15px17px
Tarix:10/02/14

Paytaxtın elektrik şəbəkəsində uzaqdan idarəetmə sistemi tətbiq olunur

"Bakıelektrikşəbəkə" ASC-nin elektrik şəbəkəsində  kompüter bazası əsasında qurulan və  proqramlaşdırılan avtomatik  uzaqdan idarəetmə sistemi – "SCADA" (Supervisory Control and Data Acquisition) uğurla istismar olunur.
 
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, bu sistemə qoşulan yarımstansiyaların hər hansı birində enerji itkisi,  elektrik hadisəsi və ya bu kimi qəza baş verərsə, ani olaraq  həmin hadisə birbaşa xüsusi həyəcan  siqnalı ilə  Mərkəzi Dispetçer Xidmətinə ötürülür ki, bu da  dispetçerin kompüter displeyində əyani təsvir olunur. Hadisəni seyr edən növbətçi  dispetçer dərhal qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəbini araşdırır  və qəzanın tez bir zamanda aradan qaldırılmasını həyata keçirir. Bu da istehlakçıların enerji təchizatında  fasilə yaratmır.
 
Lakin "SCADA" uzaqdan idarəetmə sistemi tətbiq edilməyən şəbəkə və   yarımstansiyalarda  isə  baş vermiş bu və ya digər elektrik hadisələri, gərginlik itkisi, avtomatik açılma və ya hər hansı bir qüsur haqqında məlumat  dispetçer xidmətinə birbaşa yox, bilavasitə yerli şəbəkə rayonlarından, abonentlərin və ya istehlakçıların  "199 Qəza xidməti", "Qaynar xətt"  xidmətlərinə ünvanladığı telefon zəngləri vasitəsilə  bu qurumlardan daxil olur. Növbətçi dispetçer tərəfindən qəza baş vermiş nöqtəyə təcili operativ əməliyyat briqadası göndərilsə  də, qəzanın  ləğvi obyektiv və subyektiv səbəblərdən (hadisə yerinə çatmaq, avadanlıqlara texniki baxış keçirmək, yollardakı tıxaclar, maşın-mexanizmlərin intensiv hərəkəti və s.) ləngiyir, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Odur ki, hal-hazırda idarəetmənin ən perspektiv və optimal yolu "SCADA" uzaqdan idarəetmə sistemidir.
 
CAHANGİR



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024