12px13px15px17px
Tarix:11/02/14

“iPad” planşeti və “Galaxy S4” smartfonu ən kövrək qurğular elan edilib

“SquareTrade” şirkətinin mütəxəssisləri mobil qurğu bazarının son yeniliklərini möhkəmlik baxımından sınaqdan keçiriblər. “Apple”ın istehsalı olan planşetlər və “Samsung”un qabaqcıl smartfonu ən kövrək cihazlar adlandırılıb.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ən çox zədələnmə riski ehtimalına malik cihazların reytinqində “iPad mini” liderdir, 10 mümkün xaldan 7,5 xal toplayıb. İkinci yerdə 7 xal göstərici ilə “Galaxy S4” smartfonu, üçüncüdə “iPad Air” (6,5 bal) planşeti qərarlaşıb.

Ekspertlər 4,5 xal toplamış “Motorola Moto X” smartfonunu ən etibarlı adlandırıblar. Sonrakı yerlər aşağıdakı kimidir:
  • “Galaxy S3” (6,5);
  • “iPhone 5s” (6);
  • “Nexus 7 2012” (6);
  • “Galaxy Tab 3” (5,5);
  • “iPhone 5s” (5,5).
Sınağı keçirənlərin sözlərinə görə, sınaq zamanı məhsulların dizayn, çəki və konstruktiv xüsusiyyətləri nəzərə alınıb. Onları suya salıblar və müxtəlif hündürlüklərdən yerə atıblar. Bu tədqiqatın nəticələrini nəzərə alaraq, müştərilər satın aldıqları məhsulun etibarlılıq dərəcəsi haqqında biləcəklər – “SquareTrade”in idarəedici direktoru Kevin Qillan deyib.

Emil Hüseynov



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024