12px13px15px17px
Tarix:11/02/14

Hazırda Azərbaycanın dövlət qulluğu sistemində 6 elektron xidmət göstərilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 7 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Bu barədə komissiyanın  2013-cü ildəki fəaliyyətinə dair hesabatında deyilir.
 
 
 Hesabatda qeyd olunur ki, bu xidmətlərə “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu”, “Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi”, “Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi”, “Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi”, “Dövlət qulluğu stajı kalkulyatoru”, “Onlayn sınaq test imtahanlarının keçirilməsi”, “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” daxildir.
 
 
Komissiyanın internet saytında bu xidmətlərin göstərilməsi üçün ayrıca bölmə və subdomen – http://eXidmet.csc.gov.az yaradılıb. Xidmətlərin inzibati reqlamenti Komissiya sədrinin 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində və Elektron Xidmətlər Reyestrində qeydə alınıb.
 
 
       Komissiyanın internet saytının elektron xidmətlər bölməsində hazırda 6 elektron xidmət fəaliyyət göstərir. Yerləşdirilən 6 xidmət üzrə istifadəçi sayı il ərzində 11049 nəfər olub.
 
 
“Elektron hökumət” portalında Komissiyanın 5 elektron xidməti fəaliyyət göstərir. Digər 2 elektron xidmətin layihələndirilməsi və hazırlanması üzrə işlər davam etdirilir, yaxın müddətdə portalın administrasiyasına təqdim edilməsi nəzərdə tutulur. Yerləşdirilən 5 xidmət üzrə istifadəçi sayı il ərzində 2121 nəfər olub.
 
 
“Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsabiqədə iştirak ilə bağlı müraciətlərin və sənədlərin elektron formada qəbulunu həyata keçirmək üçün istifadə edilir. Bu elektron xidmətin göstərilməsi nəticəsində vətəndaş dövlət orqanlarında qulluğa qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyata alınır.
 
“Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi” elektron xidməti dövlət orqanının kadr qurumunun nümayəndəsinə həmin orqan üzrə müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlərin nəticələri barədə, namizədə isə iştirak etdiyi müsabiqə və ya müsahibə nəticəsi barədə məlumatın elektron formada verilməsini təmin edir.
 
 
“Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi” elektron xidməti Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən qulluğa stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər) barədə məlumatların verilməsi üçün istifadə edilir.
 
 
“Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi” elektron xidməti vakant dövlət qulluğu vəzifələrinə kadr seçimi zamanı dövlət orqanlarına Komissiyanın ehtiyat kadrlar siyahısında olan şəxslər barəsində ətraflı məlumatın verilməsi üçün istifadə edilir. Bu elektron xidmətdən yalnız dövlət orqanlarının kadr qurumları istifadə edə bilərlər.
 
 
“Dövlət qulluğu stajı kalkulyatoru” elektron xidməti dövlət qulluğu stajı olan dövlət qulluqçularının dövlət qulluğu stajının interaktiv rejimdə hesablanması üçün istifadə edilir. Bu elektron xidmətin göstərilməsi nəticəsində vətəndaşa hesablanmış dövlət qulluğu stajı haqqında arayış verilir.
 
 
“Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” elektron xidməti dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət edilməməsi barədə müraciətlərin qəbulunu həyata keçirmək üçün istifadə edilir. Bu elektron xidmətin göstərilməsi nəticəsində vətəndaşa dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması hallarının araşdırılması və nəticəsi barədə məlumat verilir.
 
CAHANGİR
 
 



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024