12px13px15px17px
Tarix:11/02/14

Azərbaycanın texnologiya istehsalçısı planşet kompüterlərin istehsalına başlayacaq

Yaxın vaxtlarda ölkədə planşet kompüterlərin istehsalına başlanılacaq. "ICTnews" elektron xəbər xidməti bildirir ki, "KÜR" kompüter texnikası istehsalı zavodu öz brendi ilə sözügedən cihazların istehsalına hazırlaşır.
 
Adıçəkilən şirkətin  baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı danışarkən qeyd edib ki, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur: "Bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır. Əhali planşet kompüterlərə daha çox üstünlük verirlər. Bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır".
 
Bu sahədə dünya vendorları ilə rəqabət aparmağın onlar üçün bir qədər çətin olduğunu önə çəkən R.Osmanov bunun səbəbini Azərbaycan bazarında əlverişli qiymətə qurğuların sayının kifayət qədər olmasında görür:
 
 "Buna baxmayaraq, "KÜR" planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".
 
Seymur



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024