12px13px15px17px
Tarix:11/02/14

“Sinam” şirkəti dövlət ödəniş portalında mobil ödənişlərin qəbuluna başlayır

Azərbaycan Mərkəzi Bankının sifarişi ilə hazırlanmış kütləvi ödənişlər üzrə informasiya sisteminin (APUS - Automated payment utility service) Government Payment Portal (GPP) dövlət ödəniş portalına miqrasiyası başa çatıb.

"Sinam" şirkətinin rəhbəri Elçin Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, portalın mobil versiyası artıq hazırdı və yaxın günlərdə geniş ictimaiyyətə təqdim ediləcək.
Layihənin sistem inteqratoru qismində "Sinam" və onun tərəfdaşı "CMA Small System" şirkəti çıxış ediblər.

Portal "www.apus.az" ünvanında fəaliyyət göstərir və hazırda portalın proqram hissəsinin optimallaşdırılması istiqamətində tamamlama işləri aparılır.

Layihə nağdsız ödənişlərin artımına, büdcə ödənişlərinin asanlaşdırılmasına imkan yaratmaq, həmçinin "Elektron hökumət"in infrastrukturunun milli ödəniş sisteminin infrastrukturu ilə uzlaşdırılması məqsədini daşıyır.

Milli bankın klirinq sistemi ilə inteqrasiya nəticəsində kommunal və digər xidmət ödənişləri onlayn rejimdə həyata keçirilir. Ödənişlər "APUS" sisteminə qoşulmuş bankların bütün şöbələrində, "Azərpoçt" şəbəkəsində və həmçinin bankomatlar şəbəkəsində    qəbul edilir.

Aynur Vəliyeva
  

 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024