12px13px15px17px
Tarix:12/02/14

“Viber” internet-telefoniya xidməti öz biznesini satmaq haqda danışıqlar aparır

“Reuters” agentliyi İsrail KİV-nə istinadən yazır ki, ödənişsiz ani mesajlar və internet-telefoniya xidməti “Viber” öz biznesini Asiya messencer bazarının liderlərindən birinə 300-400 milyon dollara satmaq haqda danışıqlar aparır.

“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, “Viber”in fəaliyyətinin maliyyə tərəfi hələ ki açıqlanmır, amma xidmətin artıq 200 milyondan çox istifadəçisi var. Xidmət, həmçinin mobil tətbiqlə yanaşı, masaüstü versiyasını çıxarıb. Beləliklə, VoIP-telefoniya xidməti birbaşa “Skype” ilə rəqabət aparır.
“Viber” mobil messenceri əsası 2010-cu ildə qoyulmuş “Viber Media” özəl şirkəti tərəfindən hazırlanıb. Xidməti maliyyə cəhətdən onun yaradıcıları və ABŞ-dan bir neçə investor dəstəkləyir. Şirkət Kiprdə qeydiyyatdan keçirilib, Belarus və İsraildə işləmə mərkəzlərinə malikdir. Şirkət nümayəndələri hələ ki “Viber”in satış planları haqqında xəbərə münasibət bildirməyiblər.

İsrail KİV-nin informasiyası təsdiqini tapacağı halda, “Viber”in alıcıları qismində ya Çinin “WeChat”, ya Yaponiyanın “LINE” və ya Cənubi Koreyanın “KakaoTalk” şirkəti ola bilər.

Emil Hüseynov



Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024