12px13px15px17px
Tarix:12/02/14

Bir qrup rabitəçi mükafatlandırıldı

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azerspace-1" peykinin layihələndirilməsi, hazırlanması, orbitə çıxarılması və idarə edilməsində fərqlənən işçilərə fəxri adların verilməsi və mükafatlandırılması haqqında əmr imzalayıb.
 
Qeyd edək ki, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsinə dair Tədbirlər planının müvafiq bəndlərinə uyğun olaraq ilk telekommunikasiya peyki 2013-cü il 8 fevral tarixində uğurla orbitə çıxarılıb, ötən bir il ərzində uğurla istismar edilib və hazırda peykin tutumlarının tam istifadəyə verilməsi üçün tədbirlər davam etdirilir. Sözügedən əmr qeyd olunanların yerinə yetirilməsində xüsusi fəallıq göstərmiş işçilərin zəhmətinin qiymətləndirilməsi və peykin orbitə çıxarılmasının bir ilinin tamam olması münasibətilə verilib.
 
Əmrə əsasən, rabitə və informasiya texnologiyaları nazirinin müavini Məmmədov İltimas Əhməd oğlu, RİTN Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin (DMŞ) müdiri İsmayılov Mir-Heydər Tofiq oğlu, RİTN DMŞ-nin Telekommunikasiya sektorunun müdiri Cəfərov Nazim Kazım oğlu, BTRİB-in Ağsaqqallar Şurasının sədri Allahverdiyev Camal Eyvaz oğlu, Naxçıvan ŞRİ ATS-in mühəndisi İbrahimov Mikayıl İsmayıl oğlu və Azərbaycan Texniki Universitetinin Televiziya və radiosistemlər kafedrasının professoru Əfəndiyev Çingiz Azad oğlu "Fəxri fərman"la təltif ediliblər.



Baxış sayı: 1091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024