12px13px15px17px
Tarix:12/02/14

“Flickr” 10 illiyini qeyd edib

“Flickr” fotohostinq servisi 10 illiyini qeyd edib. Hazırda servisdən 92 milyon nəfər aktiv şəkildə istifadə edir, hər gün bir milyondan çox fotoşəkil ötürülür.

10 fevral 2004-cü ildə işə salınan “Flickr” sürətlə populyarlaşmağa başlayıb, 2005-ci ildə servis “Yahoo!” internet şirkətinə satılıb. 2009-cu ildə “Flickr”in “iOS” əməliyyat sistemi üçün əlavəsi yaradıldıqdan sonra servisə yüklənən fotoşəkillərin çoxu mobil qurğulardan daxil olur. 2011-ci ildən “Android” sistemli qurğuların istifadəçiləri də əlavədən yararlanmaq imkanı əldə ediblər.

Ötən ilin mayında servis bütün istifadəçilərə 1 terabayt tutumlu məlumatları pulsuz saxlamağa icazə verib. Bu funksiya istifadəyə verildikdən sonra dərc edilən fotoşəkillərin sayı təxminən iki dəfə artıb.

Bununla belə, “Flickr” hələ də böyük sosial servis hesab edilmir. Məsələn, bu yaxınlarda onilliyini qeyd etmiş “Facebook” sosial şəbəkəsində istifadəçilər 400 milyarddan çox fotoşəkil yükləyiblər.

“Biz bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd edirik. On il əvvəl bu saytın yaradılmasını arzulayanda, onun bütün dünyanın insanları arasında fotoşəkil və ünsiyyət mübadiləsi üsullarına necə təsir edəcəyini heç təsəvvürümüzə gətirmirdik. Mən “Flickr” ilə fəxr edirəm və səbirsizliklə gələcəkdə baş verəcək hadisələri gözləyirəm”, - servisin həmtəsisçisi Stüard Batterfild bildirib.

Yubiley münasibətilə “Flickr” servisin bütün inkişaf mərhələlərindən bəhs edən film dərc edib.
Son vaxtlar “Flickr” innovasiyalar tətbiq etməməsinə görə tez-tez tənqid olunur. Çoxları onun “Instagram”, “Snapchat” və digər servislər tərəfindən rəqabətlə əlaqədar fəaliyyətini dayandıracağını bildirir. Bununla belə, hazırda “Flickr”in populyarlığı artmaqda davam edir, - “Vesti www.vesti.ru” yazır.   




Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024