Tarix:12/02/14
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Gənclər və İdman Nazirliyindən (GİN) bildirilib ki, "Azərbaycan tələbə kartı"nın layihəsi kartın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması ilə bağlı quruma verilən təkliflər əsasında hazırlanıb: "Kart beynəlxalq güzəştli kartlar sisteminə qoşulub. Dünyada ilk dəfə olaraq tələbə kartları Azərbaycanda dövlət hesabına təmənnasız olaraq və təhsil müddəti bitənədək tələbələrin istifadəsinə verilir".
Proses respublika prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Belə ki, proqramın 6.7.1 bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb.
Təşəbbüs Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən dəstəklənib. Azərbaycan "Gənc kart" vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "Avropa Gənclər Kartı"nı Azərbaycanda "Xəzər" İnvestisiya Mərkəzi ilə birgə təmsil edir.
Qeyd edək ki, ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
172 min tələbəyə “Azərbaycan Tələbə Kartı” təqdim edilib
Hal-hazırda 172 min tələbəyə "Azərbaycan Tələbə Kartı" təqdim olunub. Kart Azərbaycan tələbələrinə ölkə ərazisində və 30-dan çox Avropa ölkəsinin 80 000-dən artıq mədəniyyət, turizm, kafe və restoranlarda, otellərdə, internet klublarda, ictimai iaşə, ticarət obyektlərində mal və xidmətlərdən güzəştlərlə faydalanmasına imkan yaradır."ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Gənclər və İdman Nazirliyindən (GİN) bildirilib ki, "Azərbaycan tələbə kartı"nın layihəsi kartın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması ilə bağlı quruma verilən təkliflər əsasında hazırlanıb: "Kart beynəlxalq güzəştli kartlar sisteminə qoşulub. Dünyada ilk dəfə olaraq tələbə kartları Azərbaycanda dövlət hesabına təmənnasız olaraq və təhsil müddəti bitənədək tələbələrin istifadəsinə verilir".
Proses respublika prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Belə ki, proqramın 6.7.1 bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb.
Təşəbbüs Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən dəstəklənib. Azərbaycan "Gənc kart" vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "Avropa Gənclər Kartı"nı Azərbaycanda "Xəzər" İnvestisiya Mərkəzi ilə birgə təmsil edir.
Qeyd edək ki, ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır