12px13px15px17px
Tarix:13/02/14

“Facebook”un 200 milyondan çox istifadəçisi öz video tarixini izləyib

"Cnet" nəşri "Facebook"un əməliyyat direktoru Şeril Sandberqə istinadən yazır ki, "Facebook" sosial şəbəkəsinin 200 milyondan çox istifadəçisi "Look Back" xidmətindən istifadə edib. Bu xidmət saytda iş və ünsiyyət tarixi haqqında keçmişi təsvir edən videoçarxa baxmağa icazə verir.
 
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "A Look Back" funksiyası istifadəçinin fotoşəkil və status seçmələrindən avtomatik videoçarx hazırlayır: istifadəçinin sosial şəbəkədə keçirdiyi ən yaxşı anları əks etdirir. "Facebook" bu xidməti 10 illiyi şərəfinə istifadəyə verib. Hər videoçarxın altında Zukerberqin skan edilmiş əl imzası, həmçinin sosial şəbəkə komandasından təbrik yerləşdirilir.
 
"Təxminən 200 milyon istifadəçi "Look Back" videosunu izləyib və öz videolarını izləyən istifadəçilərin 50%-i onu dostları ilə paylaşıb –  "Goldman Sachs Technology and Internet Conference" konfransında Sandberq deyib.
 
"2013-cü ilin sonuna olan məlumata əsasən, "Facebook"un ümumi auditoriyası aylıq 1,23 milyarddan çox istifadəçi olub".
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024