12px13px15px17px
Tarix:16/08/11

“Nokia” Çində liderliyi saxlamağa ümid edir

“Nokia” şirkəti Çin ərazisində “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən mobil qurğuların satışlarına hazırlaşır. Fin nəhəngi öz smartfonlarının irəliləyişi üçün ölkənin ən böyük mobil operator şəbəkəsini – “China Mobile”-ı seçib.
Qeyd edək ki, onun abunə bazası 600 milyon insandan çoxdur. Bu barədə “Nokia” şirkətinin icraçı vitse-prezidenti Kolin Cayls Pekində çıxışında bildirib.
Vitse-prezident satışların konkret başlanğıc tarixini istehlakçılara təqdim olunacaq modellərin adlarını bildirməyib. Yalnız onların “TD-SCDMA” (3G) standartını dəstəkləyəcəkləri məlumdur.
Hazırda “Nokia” şirkəti Çində smartfon satışları üzrə liderdir, lakin “Android” və “iPhone” tərəfindən güclü təzyiq fonunda ilk yeri qoruyub saxlamaq çox çətindir. Dünya bazarında “Nokia” smartfonlarının istehsalı 32% azalıb və indi fin şirkəti “Windows Phone 7” platformasına ümid edir. Onun əsasında olan ilk qurğuların 2011-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.
Bu aparatların Çində alıcıların marağına səbəb olacağı şübhə ilə qarşılanır. Çünki bu telefonlar yüksək qiymətə - təxminən 300 dollara satılacaq ki, hazırda ölkə bazarında 150 dollara rəqabətə davamlı bir çox “Android” modellər satılır.
Pekin tədqiqat firması “Analysys İnternational”ın məlumatına görə, 2011-ci ilin birinci rübündə Çinin smartfon bazarında “Nokia” şirkətinin payı 22% təşkil edib. İkinci yeri 18.1% göstərici ilə “Samsung” şirkəti, üçüncü yeri isə 12.9% ilə “Motorola” tutur.



Baxış sayı: 1093

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024