12px13px15px17px
Tarix:13/02/14

Bu gün Ümumdünya Radio Günü qeyd edilir

Fevralın 13-də Ümumdünya Radio Günü qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi deyil, belə ki, 1946-cı il fevralın 13-də “BMT radiosu” ilk dəfə efirə çıxıb.

Bununla bağlı BMT-nin baş katibi Pan Gi Mun müraciətində qeyd edib ki, 100 il bundan əvvəl icad edilən radio bütün dünyanı əyləndirir və məlumatlandırır, eləcə də demokratik islahatların təşəkkülünə kömək edir.
“Qısadalğalı tezlikdən modullu tezliyədək, hazırda isə peyk yayımı daxil olmaqla, radio insanların harada olmasından asılı olmayaraq onları birləşdirir”, - BMT baş katibi deyib.

O, bütün dünyanı bu əlamətdar gündə radionun gücünü xatırlamağa və birgə səylərlə beynəlxalq ictimaiyyəti hamı üçün sülh, inkişaf və insan hüquqlarına əməl etməyə çağırıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir. 
Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir. 
 
 



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024