Tarix:13/02/14
Bununla əlaqədar olaraq “AtaBank” ASC özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, bu xidmətdən istifadə zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
Qeyd edilib ki, “AtaNet” məhsulu elektron imza ilə inteqrasiya olunan ilk və yeganə internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VİP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. “AtaNet”lə ənənəvi bankçılıqda olan bütün əməliyyatları yerinə yetirmək mümkün olacaq.
Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün, sadəcə, bankın veb-səhifəsinə daxil olmaq kifayətdir. Bankdan o da bildirilib ki, hazırkı məhsul gələcəkdə bankın bütün müştərilərinə təqdim olunacaq.
Seymur
Azərbaycanda internet bankçılıq inkişaf edir
Ölkədə internet istifadəçilərinin sürətlə çoxalması şirkətləri də bu istiqamətdə addımlar atmağa vadar edib. Azərbaycanda fəaliyyət göstərən daha bir bank da internet bankçılıq xidmətini ictimaiyyətin istifadəsinə verib.Bununla əlaqədar olaraq “AtaBank” ASC özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, bu xidmətdən istifadə zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
Qeyd edilib ki, “AtaNet” məhsulu elektron imza ilə inteqrasiya olunan ilk və yeganə internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VİP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. “AtaNet”lə ənənəvi bankçılıqda olan bütün əməliyyatları yerinə yetirmək mümkün olacaq.
Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün, sadəcə, bankın veb-səhifəsinə daxil olmaq kifayətdir. Bankdan o da bildirilib ki, hazırkı məhsul gələcəkdə bankın bütün müştərilərinə təqdim olunacaq.
Seymur
Baxış sayı: 769
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır