12px13px15px17px
Tarix:14/02/14

Aviasərnişinlər üçün sosial şəbəkə təqdim edilib

“Virgin America” aviaşirkəti təyyarələrindən istifadə edən aviasərnişinlər üçün sosial şəbəkə təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, şəbəkə sərnişinlərə reys üzrə digər sərnişinlərlə tanış olmaq məqsədilə yaradılıb. Bundan başqa, sərnişinlər işgüzar ünsiyyət üçün rahat alət əldə edəcəklər.


Yeni sosial şəbəkə ilə iş üçün “iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda “Here On Biz” əlavəsini quraşdırmaq və “LinkedIn”, “Facebook” və ya “Twitter” servislərinin hesablarından istifadə tələb olunur.
Bundan sonra 35 min fut hündürlüyündə sosial şəbəkədə ünsiyyət qurmaq, yubanmış yazışmanı isə aeroportda davam etdirmək mümkün olacaq, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024