Tarix:14/02/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, memorandumu “Aztelekom” tərəfindən İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev, “NEC” şirkəti tərəfindən isə şirkətin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno imzalayıb.
Tədbirdə Zahir Vəliyev “Aztelekom” İstehsalat Birliyinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər və həyata keçirdiyi işlərlə bağlı qonaqlara məlumat verib.
“Aztelekom” gələcəkdə Milli genişzolaqlı internetin inkişafı üzrə layihə çərçivəsində İP provayderinin imkanlarının genişləndirilməsini, mövcud olan stansiyaların NGN texnologiyasına köçürməklə genişləndirilməsini, son istifadəçi istiqamətində bütün abunə xətlərinin tam dəyişdirilməsini və hazırda DSL texnologiyası əsasında qurulmuş genişzolaqlı şəbəkədə GPON texnologiyasının tətbiqini nəzərdə tutur. Buna görə də bizim üçün “NEC” şirkətinin texnologiyaları maraq kəsb edir”, - deyə o bildirib.
Öz növbəsində Masahiro İkeno “NEC” şirkətinin informasiya və telekommunikasiya texnologiyalarının inkişafı sahəsində əhəmiyyətli nailiyyətləri olduğunu bildirib.
“Biz Azərbaycanda genişzolaqlı internetin inkişafı və digər sahələr üçün tələb olunan bütün texnologiyaları təqdim etməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var”,- deyə o bildirib.
Sonda şirkət nümayəndələri mobil və optik şəbəkələr vasitəsilə unifikasiya edilmiş xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş həllərdən səsli rabitə və internet xidmətlərinin təşkili ilə yanaşı, sosial xidmətlərin, o cümlədən təhsil, tibb, dövlət xidmətlərinin göstərilməsinə imkan verən İMC-NEC texnologiyasının qısa təqdimatını keçirdilər.
Aynur Vəliyeva
“Aztelekom” ilə “Nec Corporation” şirkəti arasında əməkdaşlıq haqda memorandum imzalanıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi bu gün Yaponiyanın “Nec Corporation” şirkəti ilə əməkdaşlıq haqda memorandum imzalayıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, memorandumu “Aztelekom” tərəfindən İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev, “NEC” şirkəti tərəfindən isə şirkətin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno imzalayıb.
Tədbirdə Zahir Vəliyev “Aztelekom” İstehsalat Birliyinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər və həyata keçirdiyi işlərlə bağlı qonaqlara məlumat verib.
“Aztelekom” gələcəkdə Milli genişzolaqlı internetin inkişafı üzrə layihə çərçivəsində İP provayderinin imkanlarının genişləndirilməsini, mövcud olan stansiyaların NGN texnologiyasına köçürməklə genişləndirilməsini, son istifadəçi istiqamətində bütün abunə xətlərinin tam dəyişdirilməsini və hazırda DSL texnologiyası əsasında qurulmuş genişzolaqlı şəbəkədə GPON texnologiyasının tətbiqini nəzərdə tutur. Buna görə də bizim üçün “NEC” şirkətinin texnologiyaları maraq kəsb edir”, - deyə o bildirib.
Öz növbəsində Masahiro İkeno “NEC” şirkətinin informasiya və telekommunikasiya texnologiyalarının inkişafı sahəsində əhəmiyyətli nailiyyətləri olduğunu bildirib.
“Biz Azərbaycanda genişzolaqlı internetin inkişafı və digər sahələr üçün tələb olunan bütün texnologiyaları təqdim etməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var”,- deyə o bildirib.
Sonda şirkət nümayəndələri mobil və optik şəbəkələr vasitəsilə unifikasiya edilmiş xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş həllərdən səsli rabitə və internet xidmətlərinin təşkili ilə yanaşı, sosial xidmətlərin, o cümlədən təhsil, tibb, dövlət xidmətlərinin göstərilməsinə imkan verən İMC-NEC texnologiyasının qısa təqdimatını keçirdilər.
Aynur Vəliyeva
Baxış sayı: 1367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır