12px13px15px17px
Tarix:14/02/14

11 il ərzində alimlər mobil telefonların sağlamlığa ziyanını aşkarlamayıblar

Böyük Britaniya tədqiqat qrupu mobil telefonların insan sağlamlığına təsirinin qiymətləndirilməsi ilə bağlı on bir il ərzində apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Mobil telefonlardan təhlükəsiz istifadə üzrə proqram çərçivəsində çalışan alimlər bu elektron qurğuların müxtəlif xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin yaranması riskinə səbəb olması ilə bağlı sübut tapa bilməyiblər.  

Bundan başqa, Britaniya alimləri müəyyən ediblər ki, baza stansiyalarından şüalanma ana bətnində uşağın sağlamlığına mənfi təsir göstərə bilməz. “Aparılan tədqiqatlar sayəsində biz müasir telekommunikasiya avadanlıqlarının sağlamlıq üçün təhlükəsiz olmasına əmin olduq”, - qrup rəhbəri bildirib.  

“The Telegraph” nəşrinin məlumatına görə, həyata keçirilməsinə 13,6 milyon funt-sterlinq ayrılan proqram üçün vəsaitlər Britaniya hökumətindən və bir sıra telekommunikasiya şirkətlərindən cəlb olunub.

Bununla belə, alimlər tədqiqatın davam etdirilməsini vacib sayaraq xüsusilə uzunmüddətli perspektivdə mobil telefonların təsirinin bütün aspektlərinin tam aydın olmadığını qeyd edirlər, - "Onliner www.onliner.by” yazır.



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024