12px13px15px17px
Tarix:15/02/14

“Google” yüksəksürətli internet xətti çəkəcək

“Google” şirkəti buraxılış qabiliyyəti hazırkı genişzolaqlı internetin sürətini dəfələrlə ötən gələcək nəsil internet şəbəkəsini layihələşdirir. Yeni texnologiyanın məlumatları saniyədə 10 giqabit sürətində ötürməyə imkan verəcəyi gözlənilir.

 

Şirkətin maliyyə direktoru PatrikPiçettin sözlərinə görə, bu sürətə on ildən sonra da nail olmaq olar, lakin “Google” gözləmək fikrində deyil. Belə ki, yeni texnologiya artıq üç ildən sonra tətbiq edilə bilər. “Hazırda biz bunun üzərində iş aparırıq, gözləməyə ehtiyac yoxdur”, - o bildirib.

 

Bundan əvvəl “GoogleFiber” layihəsi çərçivəsində şirkət ABŞ-ın Kanzas-Siti şəhərində buraxılış qabiliyyəti saniyədə 1 giqabit təşkil edən genişzolaqlı simli şəbəkə çəkib ki, bu da əksər internet şəbəkələrinin sürətindən təxminən yüz dəfə sürətlidir. Bu şəbəkəyə qoşulmanın qiyməti 300 dollara (evə optik-lif xəttinin çəkilməsi və avadanlığın quraşdırılması), aylıq abunə haqqı 70 dollara (televiziyasız) bərabərdir. 

 

Şəbəkəyə sürətli qoşulma iri tutumlu kontentin ötürülməsi və “Google”unonlayn servislərinin sürətli işi üçün əhəmiyyət kəsb edir. Axtarış sistemi getdikcə daha çox internet provayderi rolunda fəal çıxış edir. Şirkət “GoogleFiber” ilə yanaşı, ötən ilin yanvarında mənzil-qərargahında əhatə dairəsi 3 kilometrə çatan simsiz sınaq şəbəkəsini qurub, - “Vesti” yazır. 





Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024