12px13px15px17px
Tarix:17/02/14

Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı aparılır

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) "www.economy.gov.az" internet saytında elektron xidmətlər bölməsi yaradılıb.

Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

Bu fikirləri  adıçəkilən nazirliyin Salyan şəhərində elektron xidmətlərə dair təşkil etdiyi tədbirdə İSN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov səsləndirib.

Onun sözlərinə görə, bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

"Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin onlayn rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı – "www.icazeler.gov.az", elektron ticarət portalı – "www.b2b.az", nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir", - deyə Z.Qasımov qeyd edib.

CAHANGİR



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə