12px13px15px17px
Tarix:17/02/14

130 dollarlıq smartfon təqdim olunub

Çinin “Xiaomi” şirkəti “Hongmi 1s” (Red Rice 1s) smartfonunu rəsmən təqdim edib. Sələfindən fərqli olaraq, aparat 1,6 QHs takt tezlikli “Qualcomm Snapdragon 400” dördnüvəli çipi ilə təchiz edilib. Xatırladaq ki, “Xiaomi Red Rice” modelində “Mediatek MT6589T” prosessoru istifadə edilib. “Hongmi 1s” aparatında əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB təşkil edir, həmçinin “microSD” slotu var.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Xiaomi Hongmi 1s” aparatı 1280×720 piksel təsvir ölçülü 4,7 düymlük ekrana malikdir, aparata “MIUI V5” örtüklü “Android 4.3 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb. Cihaz, həmçinin “Full HD” formatında videoçəkilişə icazə verən 8 meqapiksellik əsas kamera və 1.6 meqapiksellik ön kamera ilə təchiz edilib.
 
Aparat iki SİM kart dəstəkləyir, “Wi-Fi”, “Bluetooth 4.0”, “GPS” və “QLONASS” modullarına malikdir.
 
Smartfonun ölçüləri 137×69×9,9 mm, çəkisi 158 qramdır. Çıxarılıb-taxılan batareyanın tutumu 2000 milliamper/saat təşkil edir.
 
20 fevral tarixində “Xiaomi Hongmi 1s” aparatının satışlarına start veriləcək, aparatın qiyməti təxminən 130 dollar olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024