12px13px15px17px
Tarix:17/02/14

“IBM”-in mühəndisləri internetin sürətini 400 Qbit/s-dək artırıblar

“IBM” şirkətinin mühəndisləri bu yaxınlarda “Semtech” əməkdaşlıq şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya əsasında yaradılmış yeni analoq-rəqəmli çeviricilərin prototipini təqdim ediblər.

Qurğuların məlumatları mövcud olan və istismarda olan internet rabitə kanallarının keçirtmə qabiliyyətini müxtəlif xarici amillərdən asılı olaraq 200-400 Qbit/s-dək artırmağa malikdir.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni çeviricilər yalnız yüksək iş səmərəliliyi ilə deyil, həm də aşağı enerji sərfiyyatı (2,1 Vatt) ilə fərqlənir. Onların müxtəlif proqram həlləri ilə bir sırada istifadəsi yaxın gələcəkdə şəbəkədə 10 terabayt həcmində faylları sayılı saniyələr ərzində ötürməyə icazə verəcək.
 
Şayiələrə görə, “IBM” şirkəti müvafiq telekommunikasiya platformasını artıq bu il təqdim etməyi planlaşdırır.
 
Emil Hüseynov



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024