Tarix:17/02/14
Elektron Milli Ödəniş Sistemi İnfrastrukturu vasitəsilə 2013-cü il ərzində aparılmış ödənişlərin həcmi 128 milyard manat təşkil edib ki, bu da ÜDM-ə nisbətdə 2,3 dəfə çoxdur.
Bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev məlumat verib. Onun sözlərinə görə, son zamanlar dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi üzrə bir sıra tapşırıqlar verilib. Verilmiş tapşırıqların qısa müddət ərzində səmərəli icra edilməsi aidiyyəti dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırıb.
Qarşıya qoyulmuş məqsədlərə nail olunması və vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirilib.
Qısa istismar dövründə Hökumət Ödəniş Portalı (HÖP) artıq Milli Ödəniş Sistemi infrastrukturunun sosial əhəmiyyətli əsas komponentlərindən birinə çevrilib. Görülmüş işlər nəticəsində 5 kommunal xidməti təşkilatı və 7 hökumət qurumunun daxili informasiya sistemi HÖP-ə inteqrasiya olunub. HÖP üzrə sənəd sayı isə keçən ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 24 mln. ədəd, ödənişlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 48,2% artaraq 713 mln. manat təşkil edib. Hazırda ölkənin bütün regionlarında 42 bankın və “Azərpoçt” MMC-nin birlikdə 1500-dən artıq ödəniş məntəqəsində həmin təşkilatlar üzrə ödənişlər nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada qəbul edilir.
Milli Ödəniş Sistemi infrastrukturu daha da genişləndirilmış, regionlarda əhalinin və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanları təmin edilib. Bütövlükdə 1 yanvar 2014-cü il tarixinə ölkədə fəaliyyət göstərən 700 bank filialının yarısı regionların payına düşür. 2013-cü il ərzində 50 yeni bank filialının fəaliyyəti lisenziyalaşdırılıb ki, onlardan da 19-u regionlarda fəaliyyətə başlayıb. Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq icazə verilmiş poçt filiallarının sayı 63-ə, onların tərkibində poçt şöbələrinin sayı isə 952-yə çatıb.
Həqiqət İSABALAYEVA
Son 10 ildə ölkədə nağdsız dövriyyənin həcmi əhəmiyyətli dərəcədə böyüyüb
Son 10 ildə Mərkəzi Bank tərəfindən müasir texnologiya və arxitekturaya malik Milli Ödəniş Sisteminin yaradılması nəticəsində ölkədə nağdsız dövriyyənin həcmi əhəmiyyətli dərəcədə böyüyüb. 2003-cü ildən bəri nağd pulun manatla geniş pul kütləsində xüsusi çəkisi 20 faiz bəndi azalıb.Elektron Milli Ödəniş Sistemi İnfrastrukturu vasitəsilə 2013-cü il ərzində aparılmış ödənişlərin həcmi 128 milyard manat təşkil edib ki, bu da ÜDM-ə nisbətdə 2,3 dəfə çoxdur.
Bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev məlumat verib. Onun sözlərinə görə, son zamanlar dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi üzrə bir sıra tapşırıqlar verilib. Verilmiş tapşırıqların qısa müddət ərzində səmərəli icra edilməsi aidiyyəti dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırıb.
Qarşıya qoyulmuş məqsədlərə nail olunması və vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirilib.
Qısa istismar dövründə Hökumət Ödəniş Portalı (HÖP) artıq Milli Ödəniş Sistemi infrastrukturunun sosial əhəmiyyətli əsas komponentlərindən birinə çevrilib. Görülmüş işlər nəticəsində 5 kommunal xidməti təşkilatı və 7 hökumət qurumunun daxili informasiya sistemi HÖP-ə inteqrasiya olunub. HÖP üzrə sənəd sayı isə keçən ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 24 mln. ədəd, ödənişlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 48,2% artaraq 713 mln. manat təşkil edib. Hazırda ölkənin bütün regionlarında 42 bankın və “Azərpoçt” MMC-nin birlikdə 1500-dən artıq ödəniş məntəqəsində həmin təşkilatlar üzrə ödənişlər nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada qəbul edilir.
Milli Ödəniş Sistemi infrastrukturu daha da genişləndirilmış, regionlarda əhalinin və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanları təmin edilib. Bütövlükdə 1 yanvar 2014-cü il tarixinə ölkədə fəaliyyət göstərən 700 bank filialının yarısı regionların payına düşür. 2013-cü il ərzində 50 yeni bank filialının fəaliyyəti lisenziyalaşdırılıb ki, onlardan da 19-u regionlarda fəaliyyətə başlayıb. Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq icazə verilmiş poçt filiallarının sayı 63-ə, onların tərkibində poçt şöbələrinin sayı isə 952-yə çatıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır