Tarix:17/02/14
Bu haqda məlumat verən ARGTMŞ-dən bildirilib ki, qurum ötən ildən etibarən gənclər və gənclər təşkilatları üçün bir sıra yeni imkanlar yaradıb. Belə ki, ilk olaraq, “Gənclər Evi”ni yaradıb, gənclər təşkilatlarının bir sıra imkanlar əldə etməsini təmin edib. “Gənclər Evi”nin fəaliyyəti çərçivəsində gənclər və gənclər təşkilatları daha geniş auditoriyalara təlimlər keçirmək, görüşlər təşkil etmək üçün təlim zalından, müxtəlif mövzularda 1500-dən çox kitabdan faydalanmaq üçün kitabxanadan, təlim zamanı internet və bir sıra təlim vasitələrindən istifadə edə bilirlər.
Bununla yanaşı, ARGTMŞ üzv təşkilatların inkişafı və onların kommunikasiya vasitələrinin sürətləndirilməsi və vahid bazadan idarə edilməsi üçün SMS və E-mail xidməti yaradaraq istifadəyə verib. ARGTMŞ-nin üzv təşkilatlar üçün irəli sürdüyü digər bir xidmət isə PR xidmətidir. Bu xidmət ARGTMŞ üzv təşkilatların məlumatlarının sosial şəbəkələr və KİV-də işıqlandırılmasına xidmət edir.
Həmçinin ARGTMŞ son bir il ərzində sırf gənclər təşkilatları ilə əlaqədar QHT-lərin İdarəedilməsi Akademiyası (QİDA), Azərbaycan Könüllülük Xidməti (AKX), Xətdə Sosial Şəbəkə Akademiyasının fəaliyyətinə start verib, gənclərin inkişafı və beynəlxalq əlaqələrin artırılması üçün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” (Youth İn Action) proqramına, Avropa Birliyinin, Avropa Gənclər Forumunun, Avropa Şurasının və MDB ölkələri çərçivəsində keçirilən layihələrə qoşulub.
Həqiqət İSABALAYEVA
ARGTMŞ “3G” strategiyası çərçivəsində həyata keçirdiyi layihələri cari ildə də davam etdirəcək
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ildə qəbul etdiyi “3G” strategiyası çərçivəsində həyata keçirdiyi layihələri 2014-cü ildə də davam etdirəcək. Bununla yanaşı, bir sıra yeni layihələr, ARGTMŞ-nin üzv təşkilatlarının elektron bazasının hazırlanması, yenilənən “www.nayora.az” saytının istifadəyə verilməsi, gənclər təşkilatlarının fəaliyyətlərinin potensialının öyrənilməsi üçün sosioloji araşdırmanın keçirilməsi planlaşdırılır.Bu haqda məlumat verən ARGTMŞ-dən bildirilib ki, qurum ötən ildən etibarən gənclər və gənclər təşkilatları üçün bir sıra yeni imkanlar yaradıb. Belə ki, ilk olaraq, “Gənclər Evi”ni yaradıb, gənclər təşkilatlarının bir sıra imkanlar əldə etməsini təmin edib. “Gənclər Evi”nin fəaliyyəti çərçivəsində gənclər və gənclər təşkilatları daha geniş auditoriyalara təlimlər keçirmək, görüşlər təşkil etmək üçün təlim zalından, müxtəlif mövzularda 1500-dən çox kitabdan faydalanmaq üçün kitabxanadan, təlim zamanı internet və bir sıra təlim vasitələrindən istifadə edə bilirlər.
Bununla yanaşı, ARGTMŞ üzv təşkilatların inkişafı və onların kommunikasiya vasitələrinin sürətləndirilməsi və vahid bazadan idarə edilməsi üçün SMS və E-mail xidməti yaradaraq istifadəyə verib. ARGTMŞ-nin üzv təşkilatlar üçün irəli sürdüyü digər bir xidmət isə PR xidmətidir. Bu xidmət ARGTMŞ üzv təşkilatların məlumatlarının sosial şəbəkələr və KİV-də işıqlandırılmasına xidmət edir.
Həmçinin ARGTMŞ son bir il ərzində sırf gənclər təşkilatları ilə əlaqədar QHT-lərin İdarəedilməsi Akademiyası (QİDA), Azərbaycan Könüllülük Xidməti (AKX), Xətdə Sosial Şəbəkə Akademiyasının fəaliyyətinə start verib, gənclərin inkişafı və beynəlxalq əlaqələrin artırılması üçün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” (Youth İn Action) proqramına, Avropa Birliyinin, Avropa Gənclər Forumunun, Avropa Şurasının və MDB ölkələri çərçivəsində keçirilən layihələrə qoşulub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır