12px13px15px17px
Tarix:17/02/14

Dövlət Komissiyası vətəndaşlarla əlaqələrini daha çox internet resursları vasitəsilə qurur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün internet saytı vasitəsilə qurur. 2008-ci ildən indiyə kimi komissiyanın internet saytında yerləşdirilmiş yazılara 7 milyon 500 mindən çox baxış olub ki, bunlardan 800 mindən çoxu ötən ilin payına düşür. İnternet saytında qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 14600-ü keçib.
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat komissiyanın 2013-cü il ərzindəki fəaliyyətinə dair hesabatda öz əksini tapıb.
 
Hesabatda həmçinin qeyd edilir ki, vətəndaşlar komissiyaya onlayn müraciət etmək üçün internet saytının "Vətəndaşlar üçün" bölməsinin "Onlayn müraciət" altbölməsindən istifadə edirlər. Bu isə vətəndaşların vaxt itirmədən, kağız daşıyıcılarından istifadə etmədən istədikləri məsələ ilə bağlı komissiyaya müraciət etmələrinə imkan verir. 2013-cü il ərzində komissiyaya 714 onlayn müraciət və sorğu daxil olub. Müraciət və sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb. Komissiyanın internet saytının "Əsas menyu" bölməsinin "Müraciətlərə baxılması" və "Elektron xidmətlərin statistikası" bölməsində onlayn müraciət və sorğular barədə statistik göstəricilər öz əksini tapıb.
 
Komissiya bildirir ki, sosial şəbəkələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin həyatında tutduğu yeri nəzərə alaraq komissiya "Facebook" sosial şəbəkəsi vasitəsilə də vətəndaşlarla birbaşa ünsiyyət qurur. Burada komissiyanın fəaliyyəti, o cümlədən keçirilən müsabiqə və müsahibələr, təlim, konfrans, seminar və digər tədbirlər barədə məlumat verilir, komissiya rəhbərliyinin mətbuatda çıxışları təqdim olunur. Eyni zamanda şəbəkə vasitəsilə vətəndaşların komissiyanın fəaliyyəti ilə bağlı fikirləri də öyrənilir.
 
CAHANGİR



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024