12px13px15px17px
Tarix:17/02/14

“Google” səsli parollar yaradacaq

“CNET” nəşri yazır ki, “Google” internet-axtarış sistemi İsrailin səsli parollar hazırlayan “SlickLogin” startapını satın alıb. Sazişin məbləği  rəsmən açıqlanmayıb, lakin bəzi məlumatlara görə, söhbət bir neçə milyon dollardan gedir.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, İsrail startapı saytlarda avtorizasiya üçün xüsusi yüksəktezlikli səslərdən ibarət sistemdən istifadə etməyi təklif edir. Smartfona quraşdırılmış müvafiq tətbiq qəbul edilmiş audiosiqnalını təhlil edir və onu sistemə giriş üçün resursun serverlərinə geri ötürür.
 
Hesab edilir ki, sözügedən texnologiya adi parolları əvəz edə və ya saytlarda ikisəviyyəli identifikasiya sisteminin bir hissəsi ola bilər.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024