12px13px15px17px
Tarix:17/02/14

Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkilinə başlanılacaq

“Sənaye ili”ndə Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək. Spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və s. sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin ediləcək.
 
Bu haqda İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən geniş müşavirədə
naziri Şahin Mustafayev məlumat verib.
 
Onun sözlərinə görə, sənayedə infrastruktur layihələrinin icrası, ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması, enerji potensialının daha da artırılması, yeni elektrik stansiyalarının tikintisi, elektrik verilişi xətlərinin yenilənməsi, bərpa olunan enerji növlərinə diqqətin artırılması, sahibkarlığın inkişafına dəstəyin gücləndirilməsi və s. tapşırıqlar diqqət mərkəzində olacaq. Həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən olacaq.
 
Bu sahənin intensiv və elmi əsaslarla inkişaf etdirilməsi, müasir və mütərəqqi metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat və torpaqların elektron uçot sisteminin qurulması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, Azərbaycanda və xarici ölkələrdə logistik mərkəzlərinin təşkil edilməsi, ailə fermer təsərrüfatlarına diqqətin artırılması barədə konkret tapşırıqlar verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 824

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024