Tarix:17/02/14
“Pew Research” müstəqil araşdırmalar mərkəzinin analitikləri təsdiq ediblər ki, texnologiya və internet inkişaf etdikcə, insanların şəxsi həyatına onların təsiri güclənir. Əgər 2005-ci ildə rəyi soruşulmuş amerikalı cütlüklərin yalnız 16%-i internetin şəxsi münasibətlərinə təsir etdiyi cavabını vermişdisə, 2013-cü ildə bu göstərici 27% təşkil edib. Bu halda respondentlərin 74%-i internetin təsirini müsbət, 20%-i isə mənfi kimi xarakterizə edib.
Sorğuda ABŞ-ın 18 və daha yuxarı yaş kateqoriyasına aid 2252 sakini iştirak edib.
İnternet daha çox gənclərin şəxsi həyatına təsir edir: 18-29 yaş aralığında rəyi soruşulmuşların 45%-i deyib ki, qlobal şəbəkə onların şəxsi münasibətlərini hansısa şəkildə dəyişdirib.
Analitiklər deyiblər ki, internet və smartfonlar bir çox cütlüklərdə daimi narahatlıq və gərginlik mənbələrindən biridir. Sevgilisi və ya həyat yoldaşı ilə birgə yaşayan rəyi soruşulmuş hər dörd istifadəçidən biri ondan şikayətlənib ki, birgə vaxt keçirən zaman sevgilisi öz telefonuna daha çox vaxt ayırır, 8% isə ona görə mübahisə edir ki, tərəflərdən biri internetdə həddən artıq çox vaxt keçirir.
Bundan başqa, sosial şəbəkələr sayəsində hər kəs sevgilisi haqqında böyük həcmdə şəxsi informasiya əldə edə bilər ki, bu da qısqanclıq və ya şübhə üçün səbəb ola bilər, amerikalı psixoloq Den Sleyter "Alqoritmlər dövründə sevgi" kitabında yazıb.
"Hər biriniz dərc etdiyinizi görürsünüz – sanki müxtəlif həyatlar yaşayırsınız və bəzi münasibətlər üçün bu, özünəməxsus sınaq olur – Sleyter deyib. İnsana tamamilə etibar etmədiyiniz halda, şəxsi informasiya fonunda sizdə paranoya yaranacaq".
Psixoloqlar hesab edir ki, smartfon və internet insanları bir-birinə yaxınlaşdırsa da, ruhən uzaqlaşdırır: bu, süni kommunikasiya vasitəsidir və insanlara canlı ünsiyyətdən və özlərindən gizlənməyə imkan yaradır.
Mətn mesajı vasitəsilə öz hislərini büruzə verməmək, yalan danışmaq, özünü olduğundan daha yaxşı göstərmək asandır.
“Pew Research” analitikləri deyirlər ki, məsafədən ünsiyyətin öz üstünlükləri var: rəyi soruşulmuşların 21%-i etiraf edib ki, SMS və ya internet mesajlar onları tərəf-müqabilləri ilə daha da yaxınlaşdırıb, 9% isə internet üzərindən münaqişəni həll edib.
Emil Hüseynov
Rəqəmli sevgi əsri
İnternet və texnologiyalar ildən-ilə amerikalıların şəxsi həyatına daha çox təsir edir: mətn mesajları və açıq-saçıq fotoşəkillərin sayı smartfonların sayı ilə birgə artır.“Pew Research” müstəqil araşdırmalar mərkəzinin analitikləri təsdiq ediblər ki, texnologiya və internet inkişaf etdikcə, insanların şəxsi həyatına onların təsiri güclənir. Əgər 2005-ci ildə rəyi soruşulmuş amerikalı cütlüklərin yalnız 16%-i internetin şəxsi münasibətlərinə təsir etdiyi cavabını vermişdisə, 2013-cü ildə bu göstərici 27% təşkil edib. Bu halda respondentlərin 74%-i internetin təsirini müsbət, 20%-i isə mənfi kimi xarakterizə edib.
Sorğuda ABŞ-ın 18 və daha yuxarı yaş kateqoriyasına aid 2252 sakini iştirak edib.
İnternet daha çox gənclərin şəxsi həyatına təsir edir: 18-29 yaş aralığında rəyi soruşulmuşların 45%-i deyib ki, qlobal şəbəkə onların şəxsi münasibətlərini hansısa şəkildə dəyişdirib.
Analitiklər deyiblər ki, internet və smartfonlar bir çox cütlüklərdə daimi narahatlıq və gərginlik mənbələrindən biridir. Sevgilisi və ya həyat yoldaşı ilə birgə yaşayan rəyi soruşulmuş hər dörd istifadəçidən biri ondan şikayətlənib ki, birgə vaxt keçirən zaman sevgilisi öz telefonuna daha çox vaxt ayırır, 8% isə ona görə mübahisə edir ki, tərəflərdən biri internetdə həddən artıq çox vaxt keçirir.
Bundan başqa, sosial şəbəkələr sayəsində hər kəs sevgilisi haqqında böyük həcmdə şəxsi informasiya əldə edə bilər ki, bu da qısqanclıq və ya şübhə üçün səbəb ola bilər, amerikalı psixoloq Den Sleyter "Alqoritmlər dövründə sevgi" kitabında yazıb.
"Hər biriniz dərc etdiyinizi görürsünüz – sanki müxtəlif həyatlar yaşayırsınız və bəzi münasibətlər üçün bu, özünəməxsus sınaq olur – Sleyter deyib. İnsana tamamilə etibar etmədiyiniz halda, şəxsi informasiya fonunda sizdə paranoya yaranacaq".
Psixoloqlar hesab edir ki, smartfon və internet insanları bir-birinə yaxınlaşdırsa da, ruhən uzaqlaşdırır: bu, süni kommunikasiya vasitəsidir və insanlara canlı ünsiyyətdən və özlərindən gizlənməyə imkan yaradır.
Mətn mesajı vasitəsilə öz hislərini büruzə verməmək, yalan danışmaq, özünü olduğundan daha yaxşı göstərmək asandır.
“Pew Research” analitikləri deyirlər ki, məsafədən ünsiyyətin öz üstünlükləri var: rəyi soruşulmuşların 21%-i etiraf edib ki, SMS və ya internet mesajlar onları tərəf-müqabilləri ilə daha da yaxınlaşdırıb, 9% isə internet üzərindən münaqişəni həll edib.
Emil Hüseynov
Baxış sayı: 897
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib