12px13px15px17px
Tarix:17/02/14

Bakının enerji operatoru avtomatlaşdırılmış idarə sisteminin yeni modulunun tətbiqini planlaşdırır

“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində müasir informasiya texnologiyalarının köməkliyi ilə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədilə  avtomatlaşdırılmış idarə sistemi olan “SAP AG” sisteminin HR modulunun tətbiqi planlaşdırılır.
 
Qurumdan verilən məlumata görə, hazırda Səhmdar Cəmiyyətdə “SAP AG” proqramının bir neçə modulu istifadə olunur. Bunlardan Maliyyə modulu, Əsas vəsaitlərin uçotu və mal-materialların (loqistika) uçotu üzrə modulları qeyd etmək olar.
 
“SAP AG” Maliyyə modulu  mühasibatlıq, büdcənin qurulması və nəzarət, debitor və kreditorların uçotu, əsas vəsaitlərin uçotu, bank və kassa əməliyyatlarının uçotu, investisiyaların uçotu və nəzarət, müqavilələrin uçotu və s. sahələri əhatə edir.
 
Mal-materialların uçotu və idarəolunması (loqistika) moduluna əsasən materiallara olan tələbatın planlaşdırılması, alışın idarə olunması, mal-materialların istifadəsi və nəzarət, anbarlar üzrə uçot və nəzarət, mal-materialların təyinatı üzrə normativlərə uyğun olaraq istifadəsi və nəzarət, loqistika üzrə mərkəzləşdirilmiş informasiya bazasının (sisteminin) və s. uçot və idarəetmə sistemləri daxildir.
 
“SAP AG” proqramının modullarının tətbiqi əsas biznes proseslərin səmərəliliyinin artırılmasına yönəldilib.
 
Qeyd edək ki, “SAP AG” proqramının tətbiqi idarəetmə uçotunun və hesabatının beynəlxalq standartlara uyğun hazırlanması, müasir informasiya texnologiyalarının (İT) tətbiqi ilə şirkətin fəaliyyətində şəffaflığın təmin olunmasına, əmlakın, öhdəliklərin, maliyyə kapitalının, dövriyyə vəsaitlərinin qorunub saxlanılmasına, onların faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsinə, mal-material dövriyyəsinin şəffaf tətbiqində və hesabatların daha dəqiq hazırlanması və uçotun şəffaf aparılmasının idarə olunmasına, operativ əməliyyatların uçotunun təkmilləşdirilməsinə və s. təminat verib.

CAHANGİR
 
 



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024