Tarix:18/02/14
“Bakcell”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, fevralın 24-27-də Barselonada (İspaniya) keçiriləcək tədbirdə Azərbaycan mobil rabitə operatorunun rəhbərliyi iştirak edəcək.
Sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “Gear” smart saatları və digər qurğularla yanaşı, “Android” əməliyyat sistemi ilə rəqabət aparan “Tizen” ƏS-i də nümayiş etdirəcəyi gözlənilir.
“Nokia”dan isə sərgi iştirakçıları əsasən “Lumia 1020” və “1520” modellərinin xələfini – “Lumia 1820”-ni gözləyirlər. Smartfonun displeyi yetərli qədər iri ölçüdə - 5,2 düymdür, "Qualcomm” (Snapdragon 850) yüksək məhsuldarlı çip ilə təchiz edilib, 3 giqabayt gücündə əməli yaddaşa malikdir və 32 Gb-a qədər yaddaş həcmi ilə xarici yaddaş kartını dəstəkləyir.
Şirkət, həmçinin “Normandy” (və ya Nokia X) “Android”-smarfonunu da təqdim edəcək. Qurğu 2 SİM-kartı, ikinüvəli çipi, (1Ghz), 512 Mb əməli yaddaş, 4 Gb həcmində fləş, “microSD” kartını, “Bluetooth 4.0”, “Wi-Fi” və “GPS” modullarını dəstəkləyir. Qurğunun qiymətinin təxminən 110 dollar məbləğində olacağı deyilir.
Sərgidə, həmçinin “HTC”, “Sony”, “LG”, “BlackBerry”, “Huawei”, “Google” və “Oppo” şirkətləri də smartfon, planşet kimi innovativ məhsullarını təqdim edəcəklər. Bundan əlavə, “Blackphone” – təqibdən mühafizə edilmiş “kriptosmartfon”unun da nümayişi gözlənilir.
Aynur Vəliyeva
Azərbaycan “Mobile World Congress-2014” beynəlxalq elektronika sərgisində təmsil olunacaq
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti ölkəni “Mobile World Congress-2014 sərgisində təmsil edəcək.“Bakcell”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, fevralın 24-27-də Barselonada (İspaniya) keçiriləcək tədbirdə Azərbaycan mobil rabitə operatorunun rəhbərliyi iştirak edəcək.
Sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “Gear” smart saatları və digər qurğularla yanaşı, “Android” əməliyyat sistemi ilə rəqabət aparan “Tizen” ƏS-i də nümayiş etdirəcəyi gözlənilir.
“Nokia”dan isə sərgi iştirakçıları əsasən “Lumia 1020” və “1520” modellərinin xələfini – “Lumia 1820”-ni gözləyirlər. Smartfonun displeyi yetərli qədər iri ölçüdə - 5,2 düymdür, "Qualcomm” (Snapdragon 850) yüksək məhsuldarlı çip ilə təchiz edilib, 3 giqabayt gücündə əməli yaddaşa malikdir və 32 Gb-a qədər yaddaş həcmi ilə xarici yaddaş kartını dəstəkləyir.
Şirkət, həmçinin “Normandy” (və ya Nokia X) “Android”-smarfonunu da təqdim edəcək. Qurğu 2 SİM-kartı, ikinüvəli çipi, (1Ghz), 512 Mb əməli yaddaş, 4 Gb həcmində fləş, “microSD” kartını, “Bluetooth 4.0”, “Wi-Fi” və “GPS” modullarını dəstəkləyir. Qurğunun qiymətinin təxminən 110 dollar məbləğində olacağı deyilir.
Sərgidə, həmçinin “HTC”, “Sony”, “LG”, “BlackBerry”, “Huawei”, “Google” və “Oppo” şirkətləri də smartfon, planşet kimi innovativ məhsullarını təqdim edəcəklər. Bundan əlavə, “Blackphone” – təqibdən mühafizə edilmiş “kriptosmartfon”unun da nümayişi gözlənilir.
Aynur Vəliyeva
Baxış sayı: 947
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır