Tarix:18/02/14
Onun sözlərinə görə, POS-terminalların sayının sürətlə artmamasının səbəbi bu cihazların qiymətlərinin münasib olmaması və hansısa təsərrüfat subyektlərində dövriyyənin az olduğu üçün banklar tərəfindən POS-terminalların qurulmasının məqsədəuyğun hesab edilməməsidir.
Cəlal Orucov bildirib ki, problemin həlli yolu mobil POS-terminallardan (Mpos) istifadədir: “Qısaca olaraq məlumat verim - adi mobil telefonu xüsusi bir cihaza yaxınlaşdırmaqla telefon mobil POS-terminala çevrilir. Ənənəvi POS-terminaldan fərqli olaraq bu cihazın qiyməti bir neçə dəfə aşağıdır İkincisi də, mobil olmasına görə kiçik və orta sahibkarlıq subyektlərində bu cihazlar daha populyar ola bilər”.
Cəlal Orucov qeyd edib ki, dövriyyədə debet kartlarının sayı kredit kartlarından daha çoxdur. Debet kartlarının nağdsız ödənişlərə cəlb edilməsi üçün stimullaşdırıcı bonus proqramları həyata keçirilməlidir. Eyni zamanda təmassız kartların sayının artırılması zəruridir: “Çünki təmassız kart ilə aparılan ödəniş daha rahatdır – kartın POS-terminala daxil edilməsi, çekin imzalanması tələb olunmur. Bu da həm kart sahibi, həm də təsərrüfat subyekti tərəfindən rahatçılığa səbəb olur, həm də əməliyyatın aparılmasına xərcləri azaldır. Təmassız kartlardan geniş istifadə nağdsız əməliyyatların yayılmasına kömək edə bilər”.
Qeyd edək ki, bir neçə gün öncə vergilər nazirinin audit və operativ nəzarət məsələləri üzrə müşaviri İlqar Əhmədov bildirmişdi ki, 2014-cü ilin sonunadək 82500 obyektə POS-terminalın tətbiq olunması nəzərdə tutulur.
RƏVAN
2014-cü ilin sonunadək 82500 obyektə POS-terminal tətbiq olunması nəzərdə tutulur
Azərbaycanda nağdsız ödənişlərin inkişafını məhdudlaşdıran amillərdən biri ölkədə, xüsusilə regionlarda yerləşən ticarət və xidmət obyektlərinin hamısının POS-terminal ilə təmin edilməməsidir. Bu barədə “MilliKart” Prosessinq Mərkəzinin rəhbəri Cəlal Orucov POS-terminalların sayının artmasının qarşısını alan əsas problemləri haqqında danışarkən bildirib.Onun sözlərinə görə, POS-terminalların sayının sürətlə artmamasının səbəbi bu cihazların qiymətlərinin münasib olmaması və hansısa təsərrüfat subyektlərində dövriyyənin az olduğu üçün banklar tərəfindən POS-terminalların qurulmasının məqsədəuyğun hesab edilməməsidir.
Cəlal Orucov bildirib ki, problemin həlli yolu mobil POS-terminallardan (Mpos) istifadədir: “Qısaca olaraq məlumat verim - adi mobil telefonu xüsusi bir cihaza yaxınlaşdırmaqla telefon mobil POS-terminala çevrilir. Ənənəvi POS-terminaldan fərqli olaraq bu cihazın qiyməti bir neçə dəfə aşağıdır İkincisi də, mobil olmasına görə kiçik və orta sahibkarlıq subyektlərində bu cihazlar daha populyar ola bilər”.
Cəlal Orucov qeyd edib ki, dövriyyədə debet kartlarının sayı kredit kartlarından daha çoxdur. Debet kartlarının nağdsız ödənişlərə cəlb edilməsi üçün stimullaşdırıcı bonus proqramları həyata keçirilməlidir. Eyni zamanda təmassız kartların sayının artırılması zəruridir: “Çünki təmassız kart ilə aparılan ödəniş daha rahatdır – kartın POS-terminala daxil edilməsi, çekin imzalanması tələb olunmur. Bu da həm kart sahibi, həm də təsərrüfat subyekti tərəfindən rahatçılığa səbəb olur, həm də əməliyyatın aparılmasına xərcləri azaldır. Təmassız kartlardan geniş istifadə nağdsız əməliyyatların yayılmasına kömək edə bilər”.
Qeyd edək ki, bir neçə gün öncə vergilər nazirinin audit və operativ nəzarət məsələləri üzrə müşaviri İlqar Əhmədov bildirmişdi ki, 2014-cü ilin sonunadək 82500 obyektə POS-terminalın tətbiq olunması nəzərdə tutulur.
RƏVAN
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır