Tarix:19/02/14
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “HTC” yeni aparat haqqında heç bir məlumat açıqlamayıb; bundan başqa bir ay sonra məhz yeni modelin təqdim ediləcəyi birbaşa açıqlanmayıb. Bununla belə, Tayvan şirkəti tvitdə yazıb ki, ən yaxşı daha yaxşı olacaq və beləliklə, yeni aparatın buraxılacağına işarə edib.
Yaxın günlərdə Barselonada start götürəcək “Mobile World Congress” (MWC) sərgisinin ziyarətçiləri “HTC One” smartfonunu görməyəcəklər. “HTC” şirkəti “MWC” sərgisində orta qiymət səviyyəli 5.5 düymlük “Desire 5” smartfonunu təqdim edə bilər.
“HTC”-in yeni aparatına gəlincə, bu barədə hələ ötən ildən şayiələr gəzir. Aparat 2,3 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” prosessoru, 5 düymlük ekran (1920x1080 nöqtə), 2 QB əməli yaddaş və “Sense 6.0” interfeys örtüklü Android 4.4 (KitKat) platforması ilə təchiz edilə bilər.
Emil Hüseynov
“HTC One” varisinin nümayiş tarixi açıqlanıb
“HTC” şirkəti “HTC One” qabaqcıl smartfonunun varisinin təqdim ediləcəyi tədbirin tarixini açıqlayıb. Şirkətin Britaniya “Twitter” bloqunda yazılıb ki, tədbir martın 25-də Londonda keçiriləcək.“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “HTC” yeni aparat haqqında heç bir məlumat açıqlamayıb; bundan başqa bir ay sonra məhz yeni modelin təqdim ediləcəyi birbaşa açıqlanmayıb. Bununla belə, Tayvan şirkəti tvitdə yazıb ki, ən yaxşı daha yaxşı olacaq və beləliklə, yeni aparatın buraxılacağına işarə edib.
Yaxın günlərdə Barselonada start götürəcək “Mobile World Congress” (MWC) sərgisinin ziyarətçiləri “HTC One” smartfonunu görməyəcəklər. “HTC” şirkəti “MWC” sərgisində orta qiymət səviyyəli 5.5 düymlük “Desire 5” smartfonunu təqdim edə bilər.
“HTC”-in yeni aparatına gəlincə, bu barədə hələ ötən ildən şayiələr gəzir. Aparat 2,3 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” prosessoru, 5 düymlük ekran (1920x1080 nöqtə), 2 QB əməli yaddaş və “Sense 6.0” interfeys örtüklü Android 4.4 (KitKat) platforması ilə təchiz edilə bilər.
Emil Hüseynov
Baxış sayı: 588
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır