Tarix:19/02/14
İnstitutun Herbari kolleksiyasının virtual herbari şəbəkəsinə qoşulması üçün yeni imkanlar yaradılır. Herbaridə saxlanılan dəyərli tip nümunələrinin rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilməsi üçün yaxın günlərdə AMEA Botanika İnstitutu və Andrev V. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb və institut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub. AMEA Botanika İnstitutunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən bildirilib ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün Andrev V. Mellon Fondu tərəfindən qrant ayrılıb. Bu əməkdaşlıq çərçivəsində Botanika İnstitutunun gənc mütəxəssisinin Kyu Kral Botanika Bağında (Böyük Britaniya) tip nümunələrinin rəqəmsallaşdırılması və herbari məlumatlarının hazırlanması üzrə treninq keçməsi nəzərdə tutulub.
AMEA Botanika İnstitutunun Herbari Fondunda Azərbaycanın zəngin bitki örtüyünü, həmçinin ilk dəfə elm üçün Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən uzun illərdən bəri toplanmış 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır.
Qlobal Bitki Təşəbbüsü dünya bitkilərinin koordinasiya olunan məlumat və təsvirlər bazasını yaratmağa yönəldilmiş beynəlxalq herbarium əməkdaşlığıdır, hazırda 70-dən çox ölkənin 260-dan çox herbariumu bu əməkdaşlığa daxildir və onun bazasında təxminən 2 140 000 təsvir və onlarla əlaqəli obyektlər saxlanılır ki, bunlardan 1 500 000-dən çoxu tip və tarixi nümunələrdir. Qeyd etmək lazımdır ki, virtual məlumat bazası şəbəkəsinə qoşulmaq müasir dövrün mühüm tələblərindəndir.
Həqiqət İSABALAYEVA
Azərbaycanda dəyərli tip nümunələri rəqəmsallaşdırılacaq
Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda İKT vasitəsilə bitki müxtəlifliyi haqqında məlumatların təkmilləşdirilməsi üzrə fəal addımlar atılır.İnstitutun Herbari kolleksiyasının virtual herbari şəbəkəsinə qoşulması üçün yeni imkanlar yaradılır. Herbaridə saxlanılan dəyərli tip nümunələrinin rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilməsi üçün yaxın günlərdə AMEA Botanika İnstitutu və Andrev V. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb və institut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub. AMEA Botanika İnstitutunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən bildirilib ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün Andrev V. Mellon Fondu tərəfindən qrant ayrılıb. Bu əməkdaşlıq çərçivəsində Botanika İnstitutunun gənc mütəxəssisinin Kyu Kral Botanika Bağında (Böyük Britaniya) tip nümunələrinin rəqəmsallaşdırılması və herbari məlumatlarının hazırlanması üzrə treninq keçməsi nəzərdə tutulub.
AMEA Botanika İnstitutunun Herbari Fondunda Azərbaycanın zəngin bitki örtüyünü, həmçinin ilk dəfə elm üçün Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən uzun illərdən bəri toplanmış 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır.
Qlobal Bitki Təşəbbüsü dünya bitkilərinin koordinasiya olunan məlumat və təsvirlər bazasını yaratmağa yönəldilmiş beynəlxalq herbarium əməkdaşlığıdır, hazırda 70-dən çox ölkənin 260-dan çox herbariumu bu əməkdaşlığa daxildir və onun bazasında təxminən 2 140 000 təsvir və onlarla əlaqəli obyektlər saxlanılır ki, bunlardan 1 500 000-dən çoxu tip və tarixi nümunələrdir. Qeyd etmək lazımdır ki, virtual məlumat bazası şəbəkəsinə qoşulmaq müasir dövrün mühüm tələblərindəndir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır