12px13px15px17px
Tarix:19/02/14

İTİDF gələn həftə ilk müsabiqənin elan edilməsi məsələsini müzakirə etmək niyyətindədir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının növbəti iclasının gələn həftə keçiriləcəyi nəzərdə tutulub.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Müşahidə Şurasının iclasında bu dəfə ilk müsabiqənin elan edilməsi və keçirilməsi məsələləri müzakirə ediləcək.

"Fondun Müşahidə Şurası təşkilati fəaliyyətini təmin edəcək bütün sənədləri hazırlayaraq  təsdiq edib. Dövlət büdcəsindən fonda ayrılan vəsaitin hesaba köçürülməsi ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Fonda dövlət büdcəsindən ayrılan vəsait onun hesabına köçürüldükdən dərhal sonra müsabiqə elan ediləcək”,- deyə fondda bildiriblər.

Qeyd edək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna dəyərli İT layihələrinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən 5 milyon manat vəsait ayrılıb.

Bu vəsaitin bir hissəsi qrant müsabiqələrində qalib olan layihələrin, bir hissəsi kommersiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üçillik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beşillik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək –  onillik böyükhəcmli kreditlər ayrılacaq.

Aynur Vəliyeva


 




Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024