Tarix:19/02/14
Avropa Parlamentinin (AP) binasında baş tutacaq konfransda AP üzvlərinin, Azərbaycan və Estoniya hökumətinin, biznes nümayəndələrinin, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Azərbaycan və Estoniya arasında “elektron hökumət” və rəqəmli imza sahəsində həyata keçirilən layihələr çərçivəsində uğurlu əməkdaşlığın davamı olaraq bu konfransın məqsədi ölkələr arasında sərhədsiz rəqəmli inteqrasiyaya nail olmaq, sərhəd böyü biznes imkanları yaradan yeni sərhədsiz xidmətlərin işlənib hazırlanmasıdır. Hər iki ölkədə “ASAN imza” və sərhədsiz sistem istiqamətində fəaliyyəti həyata keçirilən layihələr ictimai rəqəmli xidmətlərin yaradılmasına təkan verəcək. Bu da mövcud şirkətlərin öz ölkələri ilə paralel Azərbaycan və Estoniya ilə həmsərhəd rayonlarda fəaliyyətin uğurla davam etməsində, yeni şirkətlərin açılmasında, vahid məlumatların əldə olunmasında aparıcı rol oynayacaq.
Qeyd edək ki, konfransda sözügedən dövlət agentliyinin rəhbəri İnam Kərimov “ASAN xidmət”in prezentasiyasını həyata keçirəcək. Bundan başqa, Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmli imza vasitəsilə əməliyyatlarını icra edən proqram təminatının işini nümayiş etdirəcəklər.
Mobil “ASAN imza” stolüstü, portativ kompüterlər və planşetlərdə istifadə etmək üçün nəzərdə tutulub. E-imzadan istifadə etmək üçün mobil telefonun abonent nömrəsindən istifadə olunur. Həmin nömrəyə Pin-kodun iki versiyası daxil edilir. Onlardan birincisi, autentifikasiyanın təsdiqi, ikincisi isə sənədin imzalanması üçün istifadə olunur. Əməliyyat başa çatdıqdan sonra abonentin mobil nömrəsinə əməliyyatın keçirilməsini təsdiq edən məlumat daxil olur.
“ASAN imza” Avropa İttifaqının (Aİ) bütün direktivlərinə riayət etdiyi üçün Avropa ölkələri tərəfindən tanınması asanlaşacaq.
Xatırladaq ki, “ASAN” sertifikasiya xidmətləri mərkəzi mobil SİM-kartlar (“ASAN imza”) üçün autentifikasiya və rəqəmsal imzalamaq üçün sertifikatlar təqdim edir. Bundan başqa dövlət strukturları, özəl sektor və vətəndaşların hüquqi baxımdan icbari olan rəqəmsal imzalardan, sertifikatlardan istifadə etməsini təmin edən digər xidmətləri də təqdim edir.
Seymur Qasımbəyli
Azərbaycanın 3 dövlət qurumu Brüsseldə rəqəmli texnologiyanı təqdim edəcək
Bu gün Belçika Krallığının Brüssel şəhərində Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət, sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “İnnovasiya və mobil imza – Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda konfrans keçiriləcək.Avropa Parlamentinin (AP) binasında baş tutacaq konfransda AP üzvlərinin, Azərbaycan və Estoniya hökumətinin, biznes nümayəndələrinin, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Azərbaycan və Estoniya arasında “elektron hökumət” və rəqəmli imza sahəsində həyata keçirilən layihələr çərçivəsində uğurlu əməkdaşlığın davamı olaraq bu konfransın məqsədi ölkələr arasında sərhədsiz rəqəmli inteqrasiyaya nail olmaq, sərhəd böyü biznes imkanları yaradan yeni sərhədsiz xidmətlərin işlənib hazırlanmasıdır. Hər iki ölkədə “ASAN imza” və sərhədsiz sistem istiqamətində fəaliyyəti həyata keçirilən layihələr ictimai rəqəmli xidmətlərin yaradılmasına təkan verəcək. Bu da mövcud şirkətlərin öz ölkələri ilə paralel Azərbaycan və Estoniya ilə həmsərhəd rayonlarda fəaliyyətin uğurla davam etməsində, yeni şirkətlərin açılmasında, vahid məlumatların əldə olunmasında aparıcı rol oynayacaq.
Qeyd edək ki, konfransda sözügedən dövlət agentliyinin rəhbəri İnam Kərimov “ASAN xidmət”in prezentasiyasını həyata keçirəcək. Bundan başqa, Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmli imza vasitəsilə əməliyyatlarını icra edən proqram təminatının işini nümayiş etdirəcəklər.
Mobil “ASAN imza” stolüstü, portativ kompüterlər və planşetlərdə istifadə etmək üçün nəzərdə tutulub. E-imzadan istifadə etmək üçün mobil telefonun abonent nömrəsindən istifadə olunur. Həmin nömrəyə Pin-kodun iki versiyası daxil edilir. Onlardan birincisi, autentifikasiyanın təsdiqi, ikincisi isə sənədin imzalanması üçün istifadə olunur. Əməliyyat başa çatdıqdan sonra abonentin mobil nömrəsinə əməliyyatın keçirilməsini təsdiq edən məlumat daxil olur.
“ASAN imza” Avropa İttifaqının (Aİ) bütün direktivlərinə riayət etdiyi üçün Avropa ölkələri tərəfindən tanınması asanlaşacaq.
Xatırladaq ki, “ASAN” sertifikasiya xidmətləri mərkəzi mobil SİM-kartlar (“ASAN imza”) üçün autentifikasiya və rəqəmsal imzalamaq üçün sertifikatlar təqdim edir. Bundan başqa dövlət strukturları, özəl sektor və vətəndaşların hüquqi baxımdan icbari olan rəqəmsal imzalardan, sertifikatlardan istifadə etməsini təmin edən digər xidmətləri də təqdim edir.
Seymur Qasımbəyli
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır