12px13px15px17px
Tarix:17/08/11

Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə MDB-nin bir neçə ölkəsini qabaqlayır

Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 454 min 200 nəfər təşkil edir. Qeyd edək ki, 2011-ci ilin iyulun 1-də istifadəçi sayı 411 min 840, iyunun 2-də 390 min 660, aprelin əvvəlində 355 min 640, martın 4-də 324 min 880, fevralın 1-də 312 min 720 və yanvarın 4-də olan 279 min 100 nəfər təşkil edib. Facebakers-in versiyasına görə, son 3 ay ərzində Azərbaycanda Facebook istifadəçilərinin sayı 66 min 580 nəfər yaxud 17,18%, son ay ərzində 35 min 360 nəfər yaxud 8,44%, son 2 həftə ərzində 22,6 min nəfər (+ 5,24%), son həftə ərzində isə 5,47% artıb.
Azərbaycan Estoniya (95-ci yer), Belarus (101), Qazaxıstan (105), Latviya (106), Moldova (116), Ermənistan (117), Özbəkistan (142), Qırğızıstan (160), Tacikistan (182) və Türkmənistan (188) kimi ölkələri geridə qoyaraq 93-cü yeri (iyulun əvvəlində 95-ci yer, iyunda 94, apreldə 96, martda da 96, fevralın 1-də 94-cü yer) tutur. Facebook şəbəkəsinin istifadəçilərinin ümumi sayı 731 milyon 190 min 840 nəfər təşkil edir.



Baxış sayı: 1514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024