Tarix:19/02/14
Ekspertlərin ilkin hesablamalarına əsasən, Asiya regionunda onlayn satışların həcmi 525.2 milyard dollar təşkil edəcək. Şimali Amerikada bu göstərici 482,6 milyard dollar olacaq.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2017-ci ilədək ÇXR-in payı 75%-dək artacaq. Beləliklə, artıq üç il sonra Çin dünyanın aparıcı elektron ticarət bazarına sahiblənəcək, onun illik artım tempi 30 faizi ötəcək.
"Hesablamalara görə, bu il onlayn alıcıların 46 faizi Asiya-Sakit okean regionunun istifadəçiləri olacaq. Aydındır ki, onların çox hissəsini çinlilər təşkil edəcək. Bu bazar Çində yeni olsa da, lakin internet istifadəçilərinin sayına (540 milyondan çox) görə artıq uğur qazanır. Çinlilər artıq internet üzərindən alış-veriş etməyə vərdiş ediblər" – “Optim Consult” (Quancjou, Çin) şirkətinin baş direktoru Yevgeni Kolesov deyib.
Emil Hüseynov
2017-ci ilədək elektron ticarətin həcminə görə Çin lider olacaq
Çin Xalq Respublikasında (ÇXR) internet üzərindən satışların həcmi sabit artır. Ekspertlər deyirlər ki, 2017-ci ilədək elektron ticarət bazarının həcminə görə Çin ABŞ-ı ötəcək. ABŞ-ın “eMarketer” tədqiqat şirkətinin məlumatına görə, bu il Asiya-Sakit okean regionu internet istifadəçilərinin xərcləri hələ ki elektron ticarət bazarında liderliyi qoruyub saxlayan ABŞ-ın xərclərini ötəcək.Ekspertlərin ilkin hesablamalarına əsasən, Asiya regionunda onlayn satışların həcmi 525.2 milyard dollar təşkil edəcək. Şimali Amerikada bu göstərici 482,6 milyard dollar olacaq.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2017-ci ilədək ÇXR-in payı 75%-dək artacaq. Beləliklə, artıq üç il sonra Çin dünyanın aparıcı elektron ticarət bazarına sahiblənəcək, onun illik artım tempi 30 faizi ötəcək.
"Hesablamalara görə, bu il onlayn alıcıların 46 faizi Asiya-Sakit okean regionunun istifadəçiləri olacaq. Aydındır ki, onların çox hissəsini çinlilər təşkil edəcək. Bu bazar Çində yeni olsa da, lakin internet istifadəçilərinin sayına (540 milyondan çox) görə artıq uğur qazanır. Çinlilər artıq internet üzərindən alış-veriş etməyə vərdiş ediblər" – “Optim Consult” (Quancjou, Çin) şirkətinin baş direktoru Yevgeni Kolesov deyib.
Emil Hüseynov
Baxış sayı: 735
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır