12px13px15px17px
Tarix:19/02/14

Dünyanın ən bahalı brendi hansıdır?

"Brand Finance" konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin illik reytinqini dərc edib. "Apple" şirkəti üçüncü dəfə lider olub.
 
Bu il "Brand Finance" agentliyi "alma" brendini təxminən 105 milyard ABŞ dollar məbləğində qiymətləndirib. Ötən illə müqayisədə "Apple" brendinin dəyəri dollar ekvivalentində 20% artıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Samsung" ikinci yerdə qərarlaşıb: bir ildə brendin dəyəri 34% artaraq təxminən 79 milyard dollar təşkil edib.
 
Dünyanın beş ən bahalı brendi arasında, həmçinin "Google", "Microsoft" və "Verizon" şirkətləri yer alıblar: bu şirkətlərin ticarət brendləri müvafiq olaraq 69, 63 və 53 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da ötənilki göstəricilərdən müvafiq olaraq 32%, 38% və 74% çoxdur.
 
Yüksək texnologiyalar dünyasının başqa məşhur şirkətləri arasında "Amazon" (8-ci yer; 45,14 milyard dollar), "IBM" (10-cu yer; 41,51 milyard dollar) və "Intel" (29-cu yer; 22,94 milyard) ilk otuzluğa daxil olub.
 
Həmçinin qeyd etmək lazımdır ki, "Brand Finance" mütəxəssisləri dünyanın ən böyük sosial şəbəkəsi "Facebook"u 122-ci mövqedə yerləşdiriblər. "Nokia" isə ilk 500-ə daxil ola bilməyib.

Emil Hüseynov



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024