12px13px15px17px
Tarix:20/02/14

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur

Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10  ili tamam olur. Nazirlik Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.
 
RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi.
 
 Xatırladaq ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanıb.
 
Ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və  möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirib. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin müsbət nəticələri  bütün sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində də hər an özünü büruzə verir.
 
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərilən diqqət və qayğı, qəbul edilən qərarlar və  2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırmışdır.
 
2013-cü ilin fevral ayının 8-də ölkəmizin ilk milli telekommunikasiya peykinin  orbitə göndərilməsi ilə Azərbaycan  dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildi və kosmik sənayenin  inkişafı istiqamətində uğurlu işlərə imza atdı.
 
Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb.
 
İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı Prezident sərəncamları isə gələcəyə hesablanmış  işlərin həyata keçirilməsinə stimul yaradıb.
 
 
Bu gün ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi durmadan artır. “Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ay ərzində təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u "Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək  əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilib.
 
Ölkə başçısının  himayəsi ilə 19-cu dəfə Bakıda təşkil olunmuş “Bakutel-2013” 19-cu Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı  respublikamızın İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləmişdir.
 
Həyata keçirilən işlərin uğurlu nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində İKT sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır.
Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları 2013” adlı hesabatına görə, Azərbaycan  144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi  9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır və internetin 70 faizlik istifadəçi sıxlığı ilə MDB və  Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır.
 
Artıq ölkə əhalisinin 98 faizi rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb.  Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək “Genişzolaqlı internetin inkişafı layihəsi”nin reallaşdırılması,  4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın sadəcə başlanğıcıdır.
 
 



Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si