Tarix:20/02/14
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bütün məşhur platformalar üçün mobil messencer yaratmış və 55 işçidən ibarət şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. “WhatsApp”ın göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından (təxminən 240 milyon) çoxdur.
“Facebook” və “WhatsApp” arasındakı razılaşmaya əsasən, 16 milyard dollar pulla, 3 milyard isə “Facebook”un səhmləri ilə ödəniləcək. Bildirək ki, “WhatsApp”ın satın alınması “Facebook”un tarixində ən böyük sazişdir, həmçinin vençur startapın satın alınması üzrə ən böyük sazişdir.
Qeyd edək ki, sözügedən saziş öz miqyasına görə “Viber” messenceri (900 mln dollar), həmçinin “Instagram” (1 mlrd dollar) və “Skype”ın (8.5 mlrd dollar) satın alınmasını kölgədə qoyub.
“WhatsApp” özəl şirkət olduğundan onun maliyyə göstəriciləri dərc edilmir. “WhatsApp”ın gəlirinin yeganə mənbəyi illik 99 sent ödənişdir. “WhatsApp” reklam yerləşdirmir. Bundan başqa, “Facebook”un direktoru Mark Zukerberq, həmçinin bu yaxınlarda deyib ki, reklam mobil messencerləri pula çevirmək üçün lazım olan metod deyil.
Qeyd edək ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər, çünki çoxlu sayda istifadəçi dostları ilə sosial şəbəkələr vasitəsilə deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir.
“WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda messencer gündə təxminən 50 milyard mesaj emal edir, lakin şirkətin ştatında yalnız 32 mühəndis işləyir, ştatda marketoloq və ya PR əməkdaşları yoxdur.
“WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir. Bundan başqa, “WhatsApp” hazırda bütün mobil platformalarda işləyir.
Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyuda (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək.
Emil Hüseynov
“Facebook” şirkəti “WhatsApp”ı satın alıb
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “WhatsApp” mobil messencerini 19 milyard dollara satın alır. Ödəniş səhm və nağd pulla həyata keçiriləcək. Qeyd edək ki, son ildə “Facebook”, “Yahoo” və “Apple” kimi İT nəhəngləri aktiv şəkildə İT startapları satın alıblar, lakin “WhatsApp”ın satın alınması üzrə saziş əvvəlki satınalmaları kölgədə qoyub.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bütün məşhur platformalar üçün mobil messencer yaratmış və 55 işçidən ibarət şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. “WhatsApp”ın göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından (təxminən 240 milyon) çoxdur.
“Facebook” və “WhatsApp” arasındakı razılaşmaya əsasən, 16 milyard dollar pulla, 3 milyard isə “Facebook”un səhmləri ilə ödəniləcək. Bildirək ki, “WhatsApp”ın satın alınması “Facebook”un tarixində ən böyük sazişdir, həmçinin vençur startapın satın alınması üzrə ən böyük sazişdir.
Qeyd edək ki, sözügedən saziş öz miqyasına görə “Viber” messenceri (900 mln dollar), həmçinin “Instagram” (1 mlrd dollar) və “Skype”ın (8.5 mlrd dollar) satın alınmasını kölgədə qoyub.
“WhatsApp” özəl şirkət olduğundan onun maliyyə göstəriciləri dərc edilmir. “WhatsApp”ın gəlirinin yeganə mənbəyi illik 99 sent ödənişdir. “WhatsApp” reklam yerləşdirmir. Bundan başqa, “Facebook”un direktoru Mark Zukerberq, həmçinin bu yaxınlarda deyib ki, reklam mobil messencerləri pula çevirmək üçün lazım olan metod deyil.
Qeyd edək ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər, çünki çoxlu sayda istifadəçi dostları ilə sosial şəbəkələr vasitəsilə deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir.
“WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda messencer gündə təxminən 50 milyard mesaj emal edir, lakin şirkətin ştatında yalnız 32 mühəndis işləyir, ştatda marketoloq və ya PR əməkdaşları yoxdur.
“WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir. Bundan başqa, “WhatsApp” hazırda bütün mobil platformalarda işləyir.
Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyuda (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək.
Emil Hüseynov
Baxış sayı: 1497
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib