Tarix:21/02/14
Azərbaycanın İKT sahəsində atdığı addımları yaxından izlədiyini deyən səfir Karlos Dante Riva ölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkətinin qarşı tərəfə - “Azərkosmos” ASC-yə təkliflər göndərdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında uğurlu, çoxşaxəli münasibətlərin inkişafında kosmik sənayenin də yer tutacağına ümidvar olduğunu deyən diplomat əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin vacibliyini önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında iştirak edəcək Argentina şirkətlərinin seçim prosesinin aparıldığını bildirib.
Öz növbəsində nazir mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Argentina ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb. Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.Azərbaycanın İKT sahəsində atdığı addımları yaxından izlədiyini deyən səfir Karlos Dante Riva ölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkətinin qarşı tərəfə - “Azərkosmos” ASC-yə təkliflər göndərdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında uğurlu, çoxşaxəli münasibətlərin inkişafında kosmik sənayenin də yer tutacağına ümidvar olduğunu deyən diplomat əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin vacibliyini önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında iştirak edəcək Argentina şirkətlərinin seçim prosesinin aparıldığını bildirib.
Öz növbəsində nazir mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Baxış sayı: 896
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı