12px13px15px17px
Tarix:21/02/14

Markın milyard dollarlıq xətası

"Facebook"un yaradıcısı Mark Zukerberq tərəfindən satın alınan "WahtsApp"ın yaradıcılarından biri olan Brayn Akton (Brain Acton) illər öncə, yəni işsiz qaldığı zamanlarda "Facebook" şirkətinə müraciət edib.
 
Lakin onun bu şirkətdə işləmək istəyi rədd edilib.
 
Qeyd edək ki, bu günlərdə  "Facebook" dünyaca məşhur mobil mesajlaşma proqramı olan "WahtsApp"ı 19 milyard dollara satın alıb. Milyonlarla istifadəçisi olan, Azərbaycanda da gənclərin tez-tez müraciət etdiyi bu proqramın yaradıcılarından biri Brayn Aktonun 2009-cu ildə işsiz qaldığı üçün "Twitter" və "Facebook" şirkətinə  işləmək üçün müraciət etdiyi məlum olub. Bu vaxta qədər isə Akton  "Yahoo!"-da mühəndis kimi 11 il fəaliyyət göstərib. 
 
Əvvəlcə "Twitter"dən imtina cavabı alan Akton az keçmir ki, xahişinin "Facebook" tərəfindən də rədd edildiyini öyrənir. Akton bu xəbəri özünün "Twitter"dəki səhifəsində " "Facebook məni rədd etdi. Möhtəşəm insanlarla tanış olmaq üçün çox gözəl fürsət idi. Bundan sonrakı macəranı dörd gözlə gözləyirəm" yazısı ilə dostlarına çatdırıb.
 
Akton bir müddətdən sonra gözlədiyi macəraya qovuşur. Belə ki, o, uzun illər "Yahoo!"da bir yerdə çalışdığı və əslən Ukraynadan olan Jan Koum  ilə birgə "WahtsApp"ı yaratmağı qərara alır. Bundan sonra ideallarını həyata keçirmək üçün çalışan dostlar az keçmir ki, bütün dünyanın istifadə etdiyi proqram ortaya qoya bilirlər.
 
Qeyd edək ki, bu hadisənin ortaya çıxması hər kəsi təəccübləndirib. Aktonun işləmək üçün edilən müraciəti rədd edən "Facebook"un ünvanına tənqidlər səsləndirənlər "Mark milyard dollarlıq xəta edib" şərhini veriblər.
 
190 milyon insanın istifadə etdiyi "WahtsApp"ın digər həmtəsisçisi Jan Koum isə bildirib ki, o, bu proqramı yaradarkən ciddi nəzarət altında yaşadığı Sovet İttifaqındakı uşaqlıq illərindən ilham alıb.
 
Bütün bunlara baxmayaraq, 2009-cu ildə "Facebook"un Aktonun müraciətini rədd etməsi bu gün iki milyarder insanı şərik etdi.
 
Seymur



Baxış sayı: 850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024