12px13px15px17px
Tarix:25/02/14

“Sumqayıt Texnologiyalar Parkı”nda Texniki Komitə yaradılıb

 2014-cü il - “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK) yaradılıb.
 
 
 Komitənin əmrinə əsasən, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nəzdində yaradılmış TK-nın Əsasnaməsi, strukturu, tərkibi və 2014-cü il üçün Fəaliyyət Planı təsdiq edilib. SMPDK-dan qeyd edilib ki, TK milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq fəaliyyət sahəsində təhkim edilmiş fəaliyyət sahələri üzrə milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
 
 
Standartlaşdırma üzrə TK-nın tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlığın və istehsalın ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər. TK-nın fəaliyyətinin məqsədi sənaye sahəsində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
 
 
TK-nın əsas vəzifələrinə öz səlahiyyətləri daxilində sənaye sahəsini tənzimləyən standartların və digər normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasını və ekspertizasını təşkil etmək, aidiyyəti üzrə təqdim etmək, beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək, sənaye məhsullarının istehsalı üçün qüvvədə olan beynəlxalq standartlar, normalar və tövsiyələr əsasında müvafiq milli standartların hazırlanması, yenidən baxılması, dəyişdirilməsi, əlavələr edilməsi və ləğvi barədə təkliflər vermək və onların icrası ilə bağlı səlahiyyətləri çərçivəsində işləri həyata keçirmək, sənaye sahəsinə aid terminoloji lüğətlərin, məlumat xarakterli materialların və sorğu kitabçalarının hazırlanması işində iştirak etmək, sənaye sahəsində milli, beynəlxalq (regional) və dövlətlərarası standartların ölkədə tətbiqini genişləndirmək üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, sənaye məhsullarının istehsalı sahəsində olan beynəlxalq, regional, dövlətlərarası və digər ölkələrin Texniki komitələri ilə müvafiq qaydada əməkdaşlıq etmək və s. aiddir.
 
 
Texniki Komitənin strukturuna “Sumqayıt Texnologiyalar Parkı” MMC və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə yanaşı, “Polimer məmulatların standartlaşdırılması”, “Elektrik məmulatların standartlaşdırılması”, “Tikinti materiallarının, dəmir-beton məmulatlarının və metal konstruksiyaların standartlaşdırılması” və “Maşınqayırma” üzrə 4 Alt Komitə də daxildir.
Texniki Komitənin 2014-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq cari il ərzində Avropa standartları əsasında elektrik kabelləri, kabellərin cərəyan keçirən damarları, gəmilərin elektrik avadanlıqları üçün idarəetmə və güc kabelləri, su təchizatı, drenaj və təzyiq altında olan çirkab suları üçün polimer boru kəmərləri sistemi, qazların daşınması üçün polimer boru kəmərləri sistemi və s. ilə bağlı 20 milli standart layihəsinin hazırlanması planlaşdırılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024