Tarix:26/02/14
Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO-dan qeyd edilib ki, investisiya təklifləri birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim ediləcək. İnvestisiya layihələri “Layihənin adı və həyata keçiriləcəyi yer”, “Layihənin məqsədi və təsviri”, “Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü”, “Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti”, “Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt))” kimi məlumatları özündə əks etdirməlidir. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində təqdim edə bilərlər.
Həqiqət İSABALAYEVA
Müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını dəstəkləyən investisiya layihələri qəbul olunacaq
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO-dan qeyd edilib ki, investisiya təklifləri birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim ediləcək. İnvestisiya layihələri “Layihənin adı və həyata keçiriləcəyi yer”, “Layihənin məqsədi və təsviri”, “Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü”, “Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti”, “Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt))” kimi məlumatları özündə əks etdirməlidir. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində təqdim edə bilərlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır