12px13px15px17px
Tarix:26/02/14

İlin ən yaxşı smartfon və planşeti məlum olub

Barselonada keçirilən “MWC” sərgisinin təşkilatçısı “GSM (GSMA)” assosiasiyası 40 nominasiyada qalibləri mükafatlandırıb. "Ən yaxşı smartfon" və "ən yaxşı planşet" nominasiyaları daha böyük maraq kəsb edir.
Münsiflər heyəti növbəti dəfə Tayvan istehsalçılarının xidmətini qiymətləndirib və “HTC One” ilin ən məşhur “ağıllı” telefonu elan edilib.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “GSMA” təşkilatı smartfonun nəfis dizaynını və istifadəçi interfeysini qeyd edib.
 
“Ən yaxşı planşet” nominasiyasında “iPad Air” ən yaxşı planşet elan edilib və ucuz smartfonlar arasında “Nokia Lumia 520”-nin tayı-bərabəri olmayıb. Ən yaxşı mobil telefon “Nokia 105”, assosiasiyanın versiyasına görə, ən innovativ şirkət isə “LG” olub.
 
Emil Hüseynov



Baxış sayı: 997

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024