Tarix:27/02/14
“Biz yeni nəsil rabitə standartını hazırlamağa başlamaqla Çində “5G” şəbəkəsinin inkişafında mühüm rol oynamaq niyyətindəyik”, - şirkət nümayəndələri bildirib. “5G” standartlarının hazırlanması layihəsində həmçinin Çin Dövlət Şurası və Elm və Texnika Nazirliyi iştirak edir.
Hazırda Çinin nəhəng “China Mobile”, “China Unicom” və “China Telecom” telekommunikasiya şirkətləri “4G” standartlı stansiyaların quraşdırılmasını tam başa çatdırmayıb, “China Mobile”ın ölkədə rəsmən işə saldığı dördüncü nəsil şəbəkəsinin auditoriyası isə çox azdır. Lakin xarici şirkətlərin beşinci nəsil şəbəkələrin yaradılması üzrə layihələri Çin operatorlarını yeni nəsil standartlarını hazırlamağa məcbur edir.
“5G” şəbəkəsinin hazırkı “4G” standartından dəfələrlə sürətli işləyəcəyi gözlənilir. Dördüncü nəsil şəbəkə istifadəçiləri 100 Mbit/saniyə sürəti ilə məlumatları simsiz ötürə bilirlər, - “İTAR-TASS” www.itar-tass.com yazır.
Çin şirkəti “5G” şəbəkəsi standartını hazırlamağa başlayıb
Dünyanın nəhəng mobil rabitə provayderi "China Mobile” şirkəti beşinci nəsil şəbəkəsi standartını (5G) hazırlamağa başlayıb. Bu barədə Çin şirkətinin nümayəndələri Barselonada keçirilən “Mobile World Congress” sərgisində məlumat veriblər.“Biz yeni nəsil rabitə standartını hazırlamağa başlamaqla Çində “5G” şəbəkəsinin inkişafında mühüm rol oynamaq niyyətindəyik”, - şirkət nümayəndələri bildirib. “5G” standartlarının hazırlanması layihəsində həmçinin Çin Dövlət Şurası və Elm və Texnika Nazirliyi iştirak edir.
Hazırda Çinin nəhəng “China Mobile”, “China Unicom” və “China Telecom” telekommunikasiya şirkətləri “4G” standartlı stansiyaların quraşdırılmasını tam başa çatdırmayıb, “China Mobile”ın ölkədə rəsmən işə saldığı dördüncü nəsil şəbəkəsinin auditoriyası isə çox azdır. Lakin xarici şirkətlərin beşinci nəsil şəbəkələrin yaradılması üzrə layihələri Çin operatorlarını yeni nəsil standartlarını hazırlamağa məcbur edir.
“5G” şəbəkəsinin hazırkı “4G” standartından dəfələrlə sürətli işləyəcəyi gözlənilir. Dördüncü nəsil şəbəkə istifadəçiləri 100 Mbit/saniyə sürəti ilə məlumatları simsiz ötürə bilirlər, - “İTAR-TASS” www.itar-tass.com yazır.
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır