12px13px15px17px
Tarix:27/02/14

Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması üzrə koreyalı mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib.
Martın 7-dək Azərbaycanda olacaq koreyalı mütəxəssislər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) azərbaycanlı həmkarları ilə görüşlər keçirərək layihə ilə bağlı bir sıra məsələləri müzakirə edəcək.
 
 Nümayəndə heyətinin başlıca məqsədləri azərbaycanlı dövlət qulluqçuları üçün standartlaşdırılmış informasiya-kommunikasiya texnologiyalarını (İKT) tövsiyə etmək və yenidən işləmək, həmçinin KOİKA Qrant Layihəsi çərçivəsində Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması ilə bağlı İnformasiyalaşdırılmış Strategiya Planını hazırlamaqdan ibarətdir. Koreyalı mütəxəssislər həmçinin İT bacarıqları və İT təhsil sistemi ilə bağlı mövcud vəziyyəti araşdırmaq, dövlət qulluqçularının, xüsusilə İT sahəsində potensialın artırılması ilə bağlı RİTN-in tələblərini təhlil etmək və nazirliyin bu sahədəki gələcək planlarını öyrənmək niyyətindədirlər. Təhlilə əsasən, RİTN-in mövcud sisteminin yaxşılaşdırılması üçün təşkilati işlər, iş prosesi və onun idarə olunması ilə bağlı tövsiyələr veriləcək.
 
Koreyalı və azərbaycanlı mütəxəssislərin həmçinin onlayn kontentlər, layihənin qrafiki ilə bağlı müzakirələr aparacağı da nəzərdə tutulur.
 
Xatırladaq ki, “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü il, aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. 3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri Elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.
 



Baxış sayı: 960

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024