12px13px15px17px
Tarix:27/02/14

Əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı olunan elektron müraciətlərin cavablandırılması müddəti açıqlanıb

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.6-cı bəndinə uyğun olaraq vətəndaşların ərizə və şikayətlərinin qəbulu, qeydiyyatı və rəsmi cavablandırılması Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində hazırlanmış Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) vasitəsi ilə aparılır.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə adıçəkilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 2013-cü il üzrə hesabatında deyilir.
 
Hesabatda bildirilir ki, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili məqsədi ilə komitənin “office@emdk.gov.az” elektron poçt ünvanına daxil olmuş müraciətlər, qeydiyyata alınaraq cavablandırmaq üçün aidiyyəti üzrə struktur bölmələrə və qurumlara göndərilir. Komitənin elektron poçt ünvanına hüquqların qeydiyyatı ilə bağlı daxil olan müraciətlər həmin gün, xüsusi araşdırma tələb edən müraciətlər isə üç gün müddətində cavablandırılır.
 
Hesabat dövründə komitənin rəsmi internet səhifəsinə vətəndaşlar tərəfindən 551 elektron müraciət daxil olub. Bu müraciətlərdən 505-i sorğu, 46-sı isə şikayət xarakterli olub.
 
CAHANGİR



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024