Tarix:27/02/14
Bu gün Bakı Dövlət Universitetində Avropa Birliyinin “Tempus” layihəsi çərçivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları “ECONANO” qrant layihəsinin təqdimat mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. O bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir.
Məlum olub ki, Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa Birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir. Rektor bildirib ki, elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya və fizika fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Məsələn, yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.
Bildirilib ki, həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi “Tomson Reyter” agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.
Rektor həmçinin bildirib ki, universitet alimləri İtaliyanın La Sapenieza Universiteti, Fransanın Paris Universiteti, Yunanıstanın Patras Universiteti və Təhsil Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Azərecolab” özəl şirkətinin iştirakı ilə bu gün təqdimatı keçirilən "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində dəyəri 655000 avro olan yeni qrant layihəsinin qalibi olublar və Bakı Dövlət Universiteti bu layihənin Azərbaycan tərəfdən koordinatorudur.
Təqdimat mərasimində İtaliyanın La Sapienza Universitetindən prof. Luca Di Palma, prof. Angelio Chianese, Fransanın Paris Universitetindən prof. Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos və BDU-dan layihə rəhbəri prof. Məmmədəli Ramazanov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.
Seymur Qasımbəyli
BDU nanotədqiqatlar istiqamətində 5 milyon dollarlıq qrant layihələri icra edib
Son illər elm və təhsil sahəsində bir sıra beynəlxalq və yerli qrant layihələrini yerinə yetirən Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olub.Bu gün Bakı Dövlət Universitetində Avropa Birliyinin “Tempus” layihəsi çərçivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları “ECONANO” qrant layihəsinin təqdimat mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. O bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir.
Məlum olub ki, Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa Birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir. Rektor bildirib ki, elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya və fizika fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Məsələn, yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.
Bildirilib ki, həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi “Tomson Reyter” agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.
Rektor həmçinin bildirib ki, universitet alimləri İtaliyanın La Sapenieza Universiteti, Fransanın Paris Universiteti, Yunanıstanın Patras Universiteti və Təhsil Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Azərecolab” özəl şirkətinin iştirakı ilə bu gün təqdimatı keçirilən "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində dəyəri 655000 avro olan yeni qrant layihəsinin qalibi olublar və Bakı Dövlət Universiteti bu layihənin Azərbaycan tərəfdən koordinatorudur.
Təqdimat mərasimində İtaliyanın La Sapienza Universitetindən prof. Luca Di Palma, prof. Angelio Chianese, Fransanın Paris Universitetindən prof. Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos və BDU-dan layihə rəhbəri prof. Məmmədəli Ramazanov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.
Seymur Qasımbəyli
Baxış sayı: 880
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır