Tarix:28/02/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən tarixlərdə RRB-nin VKR-15/AR-15-ə hazırlıq üzrə işçi qrupun 4-cü iclası və radiotezlik çeşidinin və peyk orbitlərinin tənzimlənməsi üzrə RRB-nin Komissiyasının 5-ci iclası keçiriləcək.
İclaslarda ötən il dekabrın 3-də Bakıda keçirilən RRB-yə üzv olan ölkələrin və sərhədyanı dövlətlərin 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi üzrə yüksəksəviyyəli görüşün nəticələrinin müzakirə ediləcəyi gözlənilir.
Eyni zamanda, VSAT peyk terminallarının Ku və Ka tezlik diapazonlarında istifadəsinin tənzimlənməsi üzrə hüquqi-normativ bazanın harmonizasiyası, radiotezlik diapazonlarının ayrılması və istifadəsinə görə ödənişin qəbulu, kiçikradiuslu qurğular üçün tezlik zolaqlarının istifadəsi, həmçinin 790-862 МHz, 2300-2400 МHz , 2500-2700 və 3400-3600 МHz zolaqlarında simsiz qoşulma sistemlərinin, RRB üzv ölkələrində radioyayım xidmətlərinin 470-790 МHz tezlik diapazonunda radiotezlik çeşidinə tələbatın ödənilməsi məsələləri müzakirə ediləcək.
Aynur Vəliyeva
Mobil rabitədə radiotezliklərin effektiv istifadəsi Minskdə müzakirə ediləcək
Aprelin 14-18-də Minskdə (Belarus) Regional Rabitə Birliyinin (RRB) növbəti tədbirləri keçiriləcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən tarixlərdə RRB-nin VKR-15/AR-15-ə hazırlıq üzrə işçi qrupun 4-cü iclası və radiotezlik çeşidinin və peyk orbitlərinin tənzimlənməsi üzrə RRB-nin Komissiyasının 5-ci iclası keçiriləcək.
İclaslarda ötən il dekabrın 3-də Bakıda keçirilən RRB-yə üzv olan ölkələrin və sərhədyanı dövlətlərin 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi üzrə yüksəksəviyyəli görüşün nəticələrinin müzakirə ediləcəyi gözlənilir.
Eyni zamanda, VSAT peyk terminallarının Ku və Ka tezlik diapazonlarında istifadəsinin tənzimlənməsi üzrə hüquqi-normativ bazanın harmonizasiyası, radiotezlik diapazonlarının ayrılması və istifadəsinə görə ödənişin qəbulu, kiçikradiuslu qurğular üçün tezlik zolaqlarının istifadəsi, həmçinin 790-862 МHz, 2300-2400 МHz , 2500-2700 və 3400-3600 МHz zolaqlarında simsiz qoşulma sistemlərinin, RRB üzv ölkələrində radioyayım xidmətlərinin 470-790 МHz tezlik diapazonunda radiotezlik çeşidinə tələbatın ödənilməsi məsələləri müzakirə ediləcək.
Aynur Vəliyeva
Baxış sayı: 668
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır