12px13px15px17px
Tarix:28/02/14

Avropa Parlamenti genişzolaqlı rabitənin inkişaf büdcəsini 1 milyard avroyadək azaldıb


Avropa Parlamenti genişzolaqlı rabitə və elektron xidmətlərinin inkişafı layihələrinin maliyyələşdirilməsi büdcəsini 1 milyard avro məbləğində təsdiq edib, halbuki bir il əvvəl bu məqsədlər üçün 9,2 milyard avronun ayrılması nəzərdə tutulmuşdu.

Büdcə məbləğinin azaldılması ilə əlaqədar olaraq planlaşdırılan layihələrin az qisminə dəstək veriləcəyi gözlənilir.

Genişzolaqlı rabitənin inkişafına ümumi büdcənin 15 faizi ayrılıb və bu məbləğin üçdə bir hissəsi məlumatların 100 Mbit/saniyə və daha çox sürətlə ötürülməsini nəzərdə tutan layihələrə sərf olunacaq. Dövlət dəstəyini almağa namizəd olan digər layihələr ən müasir səviyyəyə cavab verən texnoloji həllər nümayiş etdirməli və ya innovativ biznes modellər və kütləvi istifadə üçün hazır həllər təqdim etməlidir. Aİ-nin rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroesin sözlərinə görə, ilk növbədə baza servislərinin – elektron identifikasiya, imza və hesab və avtomatlaşdırılmış pulköçürmələrinin rəsmiləşdirilməsi sistemlərinin yaradılması üzrə layihələr nəzərdən keçiriləcək.

Avropa Komissiyası layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirildikdən sonra qrantların verilməsinə başlayacaq. Layihələrin həyata keçirilməsi qrafiki pozulduqda, maliyyələşmə dayandırılacaq, - "Computerworld www.osp.ru” yazır.  



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024