12px13px15px17px
Tarix:28/02/14

Dünyanın ən nüfuzlu şirkəti hansıdır?

"Fortune" jurnalının top-menecer və başqa ekspertlər arasında keçirdiyi sorğuya əsasən, "Apple" yeddinci dəfə ardıcıl dünyanın ən nüfuzlu şirkəti adlandırılıb.


 

















"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, ikinci yerdə "Amazon", üçüncüdə "Google" korporasiyası qərarlaşıb. Sonrakı yerlərdə "Berkshire Hathaway", "Starbucks" və "Coca-Cola" şirkətləri qərarlaşıblar.

İlk onluqda, həmçinin "Walt Disney", "FedEx", "Southwest Airlines" və "General Electric" şirkətləri yer alıblar. Ötən il altıncı yerdə qərarlaşmış "IBM" şirkəti hazırda 16-cıdır.

Sözügedən reytinqdə "Samsung" 21-ci, "Microsoft" 24-cü, "Facebook" isə 38-ci olub.

Emil Hüseynov
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024